Çox işləyən adam alkoqolizmə meyil edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:06 | Şərh sayı: (0) | Baxılıb: 237
Çox işləyən adam alkoqolizmə meyil edir
Alimlərin beynəlxalq araşdırma qrupu alkoqol istifadəsi və iş saatının uzunluğu arasında əlaqəni müəyyən etmək üçün tarixin ən böyük araşdırmasını aparıb.
Problem üzrə 61 tədqiqatda 14 ölkədən 330 min nəfər iştirak edib. Tədqiqatlar normadan çox işləyən adamların alkoqola daha meylli olduğu faktını ortaya çıxarıb. Çünki əlavə iş insanda depressiya, stress, yuxu ilə bağlı problem yaradır. Alkoqol isə belə mənfi effektlərdən uzaqlaşmağa kömək edir.
Avropa Birliyində standart iş müddəti həftədə 40 saatdır. Əgər işçinin norması 48 saata çatırsa, bu içilən spirtli içkilərin miqdarını 11% artırır. 49 saatdan yuxarı 13% artım müşahidə olunur. Depressiya və yorğunluq nəticəsində yaranana içki içmək istəyi kişilər üçün daha xarakterikdir, nəinki qadınlar. Araşdırma göstərir ki, bu coğrafiyadan, insanların iqtisadi, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eynidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər