RSS
 

Login:
Şifrə:
» » Azərbaycan sürətlə internet asılılarının diyarına çevrilir

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycan sürətlə internet asılılarının diyarına çevrilir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-11-2015, 11:33 | Şərh sayı: (0) | Baxılıb: 295

Azərbaycan sürətlə internet asılılarının diyarına çevrilir


Azərbaycan sürətlə internet asılılarının diyarına çevrilir




Ötən həftə ölkəmizdə internetlə bağlı yaşanan problem bir ciddi məsələni üzə çıxardı. Artıq Azərbaycan da internet asılılarının ölkəsinə çevrilib. Çünki cəmi bir neçə saatlıq kəskin internetsizlik problemi bir çox insanları az qala əsəb xəstəsinə çevirdi. Bu, təkcə işi-gücü internetlə bağlı olan insanlar üçün yox, böyük əksəriyyət üçün keçərli idi.

Onları qumarbazlarla müqayisə edirlər

Yaxşı, bəs nədir bu internet asılılığı? Hansı faktor insanı texnikanın bu xarüqəsindən asılı edir? İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır. Bu asılılığın hər iki cinsdə də mövcud olduğu, ancaq kişilərdə qadınlara nisbətən 2 və ya 3 dəfə daha çox olduğunun təsbit edildiyi vurğulanıb. İnternetdən asılı olanların 38 %-də maddələrdən asılılıq müəyyən edildiyi, 33 %-də duyğu pozğunluğu, 25%-də isə depressiya görüldüyü ifadə edilib. Aludəçiliyin əsas patologiyasının qumar olduğu qeyd edilib.

İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilib. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.

Amsterdamda qurulan "Smith Jones" klinikasında oyun xəstələrini bu bəladan qurtarmaq üçün öncə ciddi müşahidə edirlər. Məlum olur ki, alkoqolik və narkotiklərdən fərqli olaraq, onları müşahidə etmək, nəzarət altında saxlamaq daha asandır. Yəni yeməyini, suyunu ver, özünə toxunma, söz soruşma... saatlarla oyun oynasın. Klinika həkimləri bu tip adamları qumarbazlarla da müqayisə edir. Hər oyuna "bu dəfə udacam" istəyi, əzmi ilə başlama onları saatlarla kompüterdən ayıra bilmir. 8 yaşındakı uşaqların belə müalicə olunduğu klinikada insanlar oyunu əvəz edəcək əyləncələrə cəlb edilir. Terapistlərin rəhbərliyi ilə bu cür adamlar qrup halında gəzintiyə, kinoteatra aparılır, mütaliəyə cəlb edilir və sair.

Almaniyadakı Bonn Universiteti və Ruhi Sağlamlıq Mərkəzi İnstitutunun araşdırmaçıları internet asılılığı ilə bağlı keçirdikləri təcrübənin nəticələrini ictimaiyyətə açıqlayıblar.
Onların fikrincə, internet asılılığının nikotin və alkoqol asılılığı kimi molekulyar genetik səbəbləri ola bilər. Alimlər buna görə insanın gen bölgəsindəki dəyişiklikləri müşahidə edib. Araşdırmaçılar, sözügedən gendəki mutasiya və internet asılılığı arasındakı münasibəti daha yaxından araşdırmaq üçün başqa araşdırmalara da ehtiyac duyulduğunu bildirib.

Amma alimlər 843 insanın internetdən istifadə vərdişləri haqqında sorğu keçirəndə məlum olub ki, bu insanların gündəlik həyatları internet tərəfindən yönləndirilir. Onlar internetdən uzaq dayanmaq məcburiyyətində qalanda isə rahatlıqlarının pozulacağını düşünürlər. Finlandiyanın yarıdan çox gənc vətəndaşı sosial şəbəkələrdən və internetdən asılıdır.
İnternet asılılığı o zaman təhlükəli sayılır ki, sosial şəbəkələrdə keçirilən vaxt şəxsi həyatı da əhatə edir.

Sosioloqlar iddia edir ki, sosial şəbəkələrin müasir insanın gündəlik həyat tərzinə çevrilməsinə baxmayaraq, internet ünsiyyəti dəstəkləmək üçün sutkada 40-60 dəqiqə kifayət edir. Bu halda əgər insan gününün 4-6 saatdan artıq vaxtını sosial şəbəkələrdə keçirirsə, ona artıq internet asılılığının yaranması diaqnozu qoymaq olar.

İnternetdən asılı olan insanların beynində narkoman və alkoqol düşkünlərinin beynindəki dəyişikliklər müşahidə olunub. "Trend"in BBC-yə istinadən verdiyi məlumata görə, bunu çinli mütəxəssislərin apardıqları ilkin araşdırmalar sübut edir.

Narkomanlarla internet asılılarının beyni bir-birinə bənzəyir

Çinin Elm Akademiyasından olan Hao Leinin rəhbərliyi altında aparılan tədqiqat zamanı 14 yaşdan 21 yaşadək olan 35 nəfərin beyninin şəkli çəkilib. Sorğu gənclərin 17-də internetdən asılılıq olduğunu göstərib. Skanetmə isə daxili beyin bağlarında pozuntuların olduğunu aşkara çıxarıb.

Beləliklə, internetdən asılılığı olan adamlarda beyin zonalarında emosiyalar, qərarların qəbulu və özünə nəzarətlə bağlı əsəb liflərinin əlaqəsində pozuntu müşahidə olunub.

London Kral Kolleci yanında Psixiatriya İnstitutunun əməkdaşı Günter Şumanın sözlərinə görə, insanların beyinlərindəki oxşar dəyişikliklərə video oyunlarından asılı olan adamlarda da təsadüf olunur. Ekspertlər qeyd edirlər ki, beynin orbitofrontal qabığında və digər zonalarında qüsurlar narkomanlarda da müşahidə edilir.

15 min dollar ödə, bu xəstəlikdən qurtul

Gedərək artan internet asılılığı üçün Çindən sonra ABŞ-da internet asılılığı müalicə mərkəzi qurulub. ABŞ-ın Vaşinqton əyalətində qurulan "Restart" adlı mərkəz "internet asılılığını müalicə etmə proqramı" adı altında 45 gün boyunca müştərilərinə internet asılılığını buraxdırmağı hədəfləyir. Microsoftun ümumi mərkəzinin dərhal yaxınında qurulan sağlamlıq mərkəzinə, 200 dollar qeyd pulunun ardından 45 gündəlik proqram üçün 14 min 500 dollar vermək və minlərlə dollara çatan əlavə xidmətləri də gözə almaq lazımdır. Proqram boyunca təbiətlə iç-içə yaşayıb ağac evlərdə yaşayanlar ortaq fəaliyyətlərlə ictimai bir həyata çətinlik çəkməyə məcbur edilirlər.

Mərkəzdə müalicə edilən tək şey internet asılılığı deyil. Oyun asılıları və SMS asılıları da fərqli proqramlarla müalicəyə alınır..

Çində hər 10 nəfərdən biri... internetdən asılıdır

Çində internet asılılığından azad olmaq istəyənlər üçün xüsusi düşərgələr təşkil olunub, düşərgələrin yaranmasında məqsəd internet asılılığı olan şəxsləri, əsasən də, yeniyetmələri yenidən öz normal həyatlarına qaytarmaqdır. Çinin 1 milyard 300 əhalisindən 24 milyonu internetdən asılılıqdan əziyyət çəkir. Elə buna görə də, ölkədə müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, artıq 250 düşərgə fəaliyyətə başlayıb. Çində edilən bir araşdırmada, yaşları 14 və 21 arasında dəyişən gənclərin beyinləri maqnetik rezonans göstərmə (MRI) üsuluyla araşdırıldı.

İştirakçılar arasında idarəsiz internet istifadəsi olaraq təyin olunan internet asılıları da tapıldı.
İnternet asılısı gənclərin beyinlərindəki sinir liflərindən ibarət olan ağ maddənin dəyişikliyə uğradığını ifadə edən araşdırmaçılar beynin duyğular, diqqət, qərar vermə kimi idarə ilə əlaqədar mərkəzlərini bir-birinə bağlayan sinir liflərinin əlaqələrinin də ziyan gördüyünü qeyd etdi.

Bənzər ziyan spirt və kokain asılılarında da görülür.

Araşdırmaçılar hər 10 internet istifadəçisindən birinin internetə asılı hala gəldiyini təyin etdi.
"Plus One" adlı jurnalda nümayiş olunan araşdırma nəticələrinin, asılılar üçün yeni müalicə üsullarının olmasına köməkçi olması gözlənilir.

Vorcesters Universiteti araşdırmaçıları da bir müddət əvvəl etdikləri işdə, ağıllı telefonların asılılığa gətirib çıxardığını, çox sayda istifadəçinin "xəyali titrəşmələr" duyduğunu açıqlamışdı.

İnternetdən qurtulmaq üçün əlini kəsənlər və xəstəliyə tutulanlar

Çində online oyunlar oynamaqdan imtina edə bilməyən 19 yaşındakı bir gənc çarəni əlini kəsməkdə gördü. Adı açıqlanmayan, ancaq internet mühitində Little Wang olaraq bilinən gənc, evdə anasına "həkimə gedirəm. Axşama mütləq evdə olacağam" sözləri yazılmış bir qeyd qoyub evdən çıxdı. Sol əlini biləyindən kəsən Little Vang əlini kəsdikdən sonra taksiyə minib xəstəxanaya getdi.

Çinli gənc əlini kəsdiyi yerdə qoyub gedib. Həkimlər gəncin əlinin qoyduğu yerdə olduğunu və yerinə tikildiyini açıqladı. Çində internet asılılığı ciddidir. 24 milyon adamın asılı olduğu ölkədə sırf internet asılıları üçün reabilitasiya mərkəzləri qurulur.

Suonsi Universitetində işləyən alimlərin gəldiyi nəticəyə əsasən, kompüter arxasında və internetdə daha çox vaxt keçirən insanlar qrip və soyuqdəymə xəstəliklərinə qarşı daha həssasdırlar.

Bu kimi insanlarda qrip və ya soyuqdəymə xəstəliyinə tutulma ehtimalı 30 faiz artıqdır. Belə ki, internetdən asılı insanlar təmiz havada az vaxt keçirirlər ki, bu da immunitetin zəifləməsinə səbəb olur.

Bundan başqa, alimlər hesab edir ki, internetə həddən ziyadə aludəçilik depressiya və yuxusuzluğa səbəb ola bilər.

İnternet olmasaydı... nələr olardı?

Ölkədə internet sahəsində yaranan problemlər insanlar arasında qəribə əhval yaratdı. İş-gücün ləngiməsi, yaranan krizlər bir yana, sanki internetə dustaq olan həyatlar bir qədər "nəfəs aldı". O məşhur zarafatı eşitmisiz: "Evdə internet kəsildi. Evdəkilərlə bir az söhbət etdik. Pis adam deyilmişlər..." Bəli, internet bizi doğmalardan, dostlardan oğurlayır, münasibətləri virtuallaşdırır. Sevgilərimizi, nifrətimizi, bütün yaşantımızı "dalğaların ixtiyarına" buraxdığımız üçün çox vaxt narahat olsaq da...

Düşündük ki, görəsən internet olmasaydı, həyatımız necə olardı? İnternetli həyatla internetsiz həyat arasında hansı fərq var?

Media yazır ki, internet ancaq 20 il ərzində bütün həyatımızı dəyişdirməyə nail olub.

Aşağıdakı reallıqları oxumaqla anlayacaqsız ki, internet sizə necə yardımçı olub.

- İnternet istifadəçilərinin sayı 2002-ci ildən bu günə dörd dəfə artıb.

- Beləcə internetdən istifadə edənlərin sayı dünya miqyasında 2,3 milyard nəfərə çatıb.

- İnternet hər kəsə çatımlı olmaqla sonsuz miqdarda məlumatı önümüzə qoydu.

- Məsələn, təkcə 2011-ci ildə 300 milyon internet saytı açılıb.

- 1,2 milyon nəfər internet sayəsində iş sahibidir.

- Hər internet işi iqtisadiyyatda əlavə 1,5 işi dəstəkləyir.

- Bu isə 300 milyard dollarlıq bir maaş deməkdir.

- İnsanların yüzdə 65-i xəbərləri onlayn olduğu vaxt oxuyur.

- Tvitterdə 1 dəqiqədə 100 min tveet göndərilir.

- Facebookda isə bir ayda 30 milyarda yaxın paylaşım edilir.

İndi keçək o məsələyə ki, internet olmasaydı, həyatımızda nələr baş verərdi?

- İnternet olmasaydı, bir ensiklopediya dəstinə 1000 dollardan artığını ödəməli olacaqdıq.

- e-posta əvəzinə ənənəvi poçt xidmətindən yararlanacaqdıq. Bu da ildə marka üçün 6,3 trilyon dollar pul xərcləməmiz anlamına gələcəkdi.

- Google, Twitter, Facebook, e-bay kimi şirkətlərin heç biri olmayacaqdı. Təbii ki, bu şirkətlərdə çalışan önəmli bir kəsim işsiz-gücsüz qalacaqdı.

- İnternetə bağlı hər peşə, eyni zamanda orta hesabla 2 fərqli peşəyə də birbaşa təsir edir. Yəni internet işində çalışanların olmaması, təbii olaraq digər peşələrə də təsir göstərəcəkdi.

- Misir kimi ölkələrdə yaşanan üsyan və inqilablar internet olmasaydı, illər uzunu davam edəcəkdi.

Qısacası, internet olmasaydı, həm siyasi, həm mədəni, həm də iqtisadi baxımdan tam başqa bir dünyada yaşayacaqdıq. Və buna əminik ki, bu dünya indikindən daha yaxşı olmayacaqdı.
Bu arada dünyada internetə düşmən olan ölkələr var. 2012-ci ildə Sərhədsiz Reportyorlar Təşkilatının illik "İnternet düşməni ölkələr" hesabatına görə, bir çox ölkə "internet düşməni" seçilmişdi. Türkiyənin də içində olduğu siyahıda 14 ölkənin adı var və bu ölkələrdə internet yazışmaları hüquq-mühafizə orqanları tərəfindən yaxından izlənilir. "Ərəb baharı"ndan sonra bəzi ölkələrdə vəziyyət dəyişib və həmin ölkələrdə online ifadə azadlığı inkişaf edib.
Əvvəlki illərdə internet düşməni seçilən Liviyada Qəzzafinin devrilməsindən sonra internet azadlığının bərqərar olduğu xüsusi vurğulanır.

Etirazlara baxmayaraq internetə məhdudiyyətlər qoyan Bəhreyin və xarici saytlara girişi qadağan edən Belarus da internet düşməni olan ölkələrin sırasındadır. Digər internet düşməni seçilən ölkələr isə Birma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistani, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnamdır.

"Yeni Müsavat"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor