Ürək ritminin pozulmaları - SƏBƏBLƏR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 22:30 | Şərh sayı: (0) | Baxılıb: 350
Ürək ritminin pozulmaları - SƏBƏBLƏR
Normada insan sakit vəziyyətdə ürək döyünməsini hiss etməməlidir.
Fiziki gərginlik, stress zamanı ürək döyünməsi artır və biz bunu hiss edirik. Bu normaldır. Lakin əgər insan sakit vəziyyətdə ürəyin döyünməsini, ürəyin təkanlarını hiss edirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər. Əgər bu hal tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Milli.Az bildirir ki, bəzən insanlar əksinə ürək döyünməsinin zəifləməsini hiss edir. Ürək sanki "dayanır". Bu da müxtəlif pozulmaların əlaməti ola bilər.
Ürək ritminin pozulması "aritmiya" adlanır. Aritmiyanın bir neçə növü var. Bəzən aritmiya özünü heç bir simptomla büruzə vermir. Lakin əksər hallarda insan ürək ritminin pozulmasını hiss edir.
Aritmiya özünü müxtəlif simptomlarla büruzə verir:
- zəiflik
- başgicəllənməsi
- ürəyin "dayanması" hissi və ya əksinə ürəyin güclü təkanları
- ürək nahiyəsində sıxılma hissi
- bayılma və s.
Aritmiyalar müxtəlif olur:
- ürək döyünməsinin tezləşməsi (taxikardiya). Bu zaman ürək döyünməsi sakit vəziyyətdə 1 dəqiqədə 100 vurğudan çox olur. Taxikardiyanın səbəbləri: hərarətin yüksəlməsi, miokardit (ürək əzələsinin iltihabı), ürək çatışmazlığı, qalxanvari vəzi funksiyasının artması (hipertireoz), anemiya, sinir sistemi xəstəlikləri. Taxikardiya zamanı insanı bu kimi simptomlar narahat edir: ürək döyünməsinin tezləşməsini, ürək nahiyyəsində xoşagəlməz hisslər.
- ürək döyünməsinin azalması (bradikardiya - 1 dəqiqədə 60 vurğudan az olur). Bradikardiyanın səbəbləri arasında: sinir sistemi xəstəlikləri, miokard infarktı, qalxanvari vəzi funksiyasının azalması (hipotireoz), bəzi dərman preparatlarının təsiri və s.
- ürəyin növbədən xaric yığılması (ekstrasistoliya). Ekstrasistoliya həm sağlam, həm də xəstə insanlarda müşahidə olunur. Bunun səbəbləri arasında: stress, yorğunluq, spirtli içkilərin qəbulu, siqaret çəkmək. Angina və kəskin respirator xəstəliyindən sonra da ekstrasistoliya müşahidə oluna bilər.
Qarın boşluğu və ağ ciyər xəstəlikləri da bu aritmiyaya səbəb ola bilər. Bu halda əsas xəstəlik müalicə olunduqdan sonra ekstrasistoliya yox olur.
Miokardit, ürəyin işemik xəstəliyi, kardioskleroz, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi) ekstarasistoliyanın səbəbi ola bilər.
- titrəyən aritmiya (ürəyin qaydasız yığılması). Bu aritmiyaların arasında ən təhlükəli sayılır. Titrəyən aritmiya zamanı nəbz dəqiqədə 150 vurğuya kimi ola bilər.
Titrəyən aritmiyanın səbəblərii: hipertoniya, ürəyin anadangəlmə qüsurları, kardiomiopatiyalar, perikardit, xroniki obstruktiv ağ ciyər xəstəlikləri, qalxanvari vəzi funksiyasının artması, virus infeksiyaları.
Bəzən belə aritmiya bəzi dərman preparatlarının qəbulu, ağır yükləmələr, xroniki stress, çoxlu miqdarda spirtli içkilərin qəbulu fonunda inkişaf edə bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər