Azərbaycanda kişilər və qadınlar daha çox bu xəstəlikdən ölürlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 21:28 | Şərh sayı: (0) | Baxılıb: 284
Azərbaycanda kişilər və qadınlar daha çox bu xəstəlikdən ölürlər
Azərbaycanda qadın və kişilər arasında ölümün əsas səbəbləri arasında birinci yeri qan dövranı sisteminin xəstəlikləri tutur.
Axşam.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2014-cü ildə qan dövranı sistemi xəstəliklərindən qadınlar arasında ölüm faktı əhalinin 100 min nəfərinə 351 olub.
Kişilər arsında isə bu rəqəm 357 təşkil edib. Travmalar, zəhərlənməvə xarici səbəblərin təsirinin digər nəticələrindən baş verən ölüm sayı qadınlar arasında əhalinin hər 100 min nəfərinə 14, kişilər arasında 46 nəfər olub.
Yeni törəmələrdən ölənlərin sayı qadınlar arasında 66, kişilərdə 83 olub. Tənəffüs orqanlarının xəstəliklərindən əhalinin 100 min nəfərinə düşən ölüm faktı qadınlar arasında 20, kişilərdə 22 olub. Həzm sistemi xəstəlikləri üzrə hər 100 min nəfərdən 26 qadın, 35 kişi dünyasını dəyişib.
Bəzi infeksion və parazitar xəstəliklər səbəbindən isə əhalinin 100 min nəfərinə düşən ölüm faktı qadınlar arasında 2, kişilərdə 8 olub.
Qeyd edək ki, demək olar bütün dünyada qeyd olunan xəstəliklərdən əhalinin 100 min nəfərinə düşən ölüm halları arasında kişilərin sayı üstünlük təşkil edir. Məsələn, Rusiyada travmalar, zəhərlənməvə xarici səbəblərin təsirinin digər nəticələrindən baş verən ölüm sayı qadınlar arasında əhalinin hər 100 000 nəfərinə 47 fakt olduğu halda, kişilər arasında bu göstərici 202-dir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər