Rusiyanın qırıcı təyyarəsi Amerika təyyarəsinin 5 metrliyində olub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 23:42 | Şərh sayı: (0) | Baxılıb: 377
Rusiyanın qırıcı təyyarəsi Amerika təyyarəsinin 5 metrliyində olub

Müdafiə nazirliyinin sözçüsü, ordunun leytenant polkovniki Mişel Baldanza ABŞ hərbi hava qüvvələrinin təyyarəsinin Qara dəniz üzərində uçduğu zaman Rusiya təyyarəsinin pilotunun "təhlükəli və qeyri-peşəkar" rəftarı ilə qarşılaşdığını deyib.
O, ABŞ hərbi qüvvələrinin insidenti araşdırdığını bildirib.
Müdafiə nazirinin rəsmiəri Amerika mediasına bildirib ki, sağ tərəfdən ABŞ-ın kəşfiyyat təyyarəsinə yaxınlaşan Rusiyanın qırıcı təyyarəsi qəfil sağa əyilərək ABŞ təyyarəsinin idarə olunması üçün təhlükə yaradıb.
Bu, aprel ayında Baltik dənizi üzərində baş vermiş insidentə bənzər hadisədir. Pentaqon Rusiyanın döyüş təyyatəsinin ABŞ-ın kəşfiyyat təyyarəsinin qarşısına çıxaraq silah nümayiş etdirdiyini bildirib. Moskva təyyarənin pilotunun yanlışlığa yol verdiyini rədd edib ("Amerikanın səsi").
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər