DTX: “Avis apteklərində xüsusi əməliyyat keçirməmişik” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:38 | Şərh sayı: (0) | Baxılıb: 252
DTX: “Avis apteklərində xüsusi əməliyyat keçirməmişik”
"Bizim Xidmət Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməyib. Bu barədə yayılan məlumat həqiqəti əks etdirmir".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Avis apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməsi və həbs olunanların olduğu barədə yayılmış məlumatla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Qeyd edək ki, bir az əvvəl Musavat.com aptek əməkdaşlarına istinadən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yayıb.
Onu da qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər