Bakının iri apteklər şəbəkəsində əməliyyat: tutulanlar var, baş direktor ölkədən qaçdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 329
Bakının iri apteklər şəbəkəsində əməliyyat: tutulanlar var, baş direktor ölkədən qaçdı

İlkin məlumata görə, əməliyyatın keçirilməsinə bu apteklərdə satılan dərman vasitələrinin keyfiyyəti ilə bağlı kütləvi şikayətlər səbəb olub. “Avis” apteklərindən alınan dərmanlardan ziyan çəkənlərin olduğu bildirilir.
“Avis” tibbi marketinin Türkiyə vətəndaşı olan baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumatlar var.
Musavat.com-un əməkdaşı şirkətin müştəri xidmətləri ilə əlaqə saxlayıb. Şirkətdən Bakıda “Avis” apteklərinin hamısının bağlı olduğunu təsdiqləyiblər. Müştəri xidmətlərinin əməkdaşı bildirib ki, bu, müvəqqəti xarakter daşıyır. O, əməliyyat keçirilməsi barədə məlumatı təsdiqləməyib və apteklərin hamısının birdən bağlanmasını mal sayımı ilə əlaqədar olduğunu iddia edib.
Qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Həmin ilin yanvarında şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki fəaliyyətə başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 10 aptek açıb. 2006-cı il mart ayından Azərbaycanda ilk “Tibbi Market” konseptli xidmət göstərilməsinə başlanılıb. Bütün şöbələr Avis Tibbi Marketlər kimi adlandırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər