Yeddi aptek bağlanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 21:09 | Şərh sayı: (0) | Baxılıb: 277
Yeddi aptek bağlanıb
Onlardan bəzilərinin lisenziyası olmayıb, bəzisi reseptsiz dərman satıb
Ötən il ərzində Azərbaycan Səhiyyə Nazirliyi 195 dərman vasitəsinin qeydiyyatından imtina edib. Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov “Tibb” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın dərman vasitələrinin reyestrində 4700-dən çox preparat var: "Bu il ərzində 803 dərman dövlət qeydiyyatına alınıb, ilkin ixtisaslaşdırılmış ekspertizada 203, ixtisaslaşdırılmış ekspertizada isə 195 dərman vasitəsinin qeydiyyatından imtina edilib".
M.Süleymanov qeyd edib ki, 2015-ci ildə 113 aptekdə yoxlama aparılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 4 aptek aşkarlanıb və fəaliyyətləri dayandırılıb. Könüllü şəkildə qanunsuz fəaliyyətlərini dayandırmayan iki aptekin sahibinə İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilib.
Bundan başqa yoxlamalar zamanı 23 aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satıldığı, yetkinlik yaşına çatmayanlara dərmanların buraxılması qaydalarının pozulduğu müəyyən olunub və aptek rəhbərlərinə protokollar tərtib edilib. Qeydiyyatsız dərman vasitələrinin satışı ilə məşğul olan, habelə reseptlə satılmalı dərmanları reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası ləğv edilib.
Onun sözlərinə görə, 2015-ci ildə aparılan yoxlamalar nəticəsində 835 adda (2874 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatı satışdan çıxarılıb.
M.Süleymanov əlavə edib ki, əsas məqsədlərdən biri də müasir dünya təcrübəsinə əsaslanaraq bütün proseslərdə nəzarətin keyfiyyətini itirməmək şərtilə tibbi məhsullar idxal edən şirkətlər üçün idxal prosedurlarını asanlaşdırmaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər