İslam Partiyasının keşmiş sədr müavini casusluğa görə həbs olunub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 20:40 | Şərh sayı: (0) | Baxılıb: 307
İslam Partiyasının keşmiş sədr müavini casusluğa görə həbs olunub
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edib.
DTX-nin İctimai əlaqələr şöbəsindən Musavat.com-a daxil olan məlumatda bildirilir ki, xidmətin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, İnqilab Əhədov İslam Partiyasının keçmiş sədr müavinidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər