Nardaranda növbəti əməliyyat - 3 nəfər saxlanıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 14:24 | Şərh sayı: (0) | Baxılıb: 310
Nardaranda növbəti əməliyyat - 3 nəfər saxlanıldı
Nardaranda baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub.
APA-nın xəbərinə görə, Cəbrayıl rayon sakini Bəhramov Nahid Nəsib oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq təcridxanasında saxlanılır.
Məlumata görə, N. Bəhramov Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb. Lakin N. Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N. Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən "Hicaba azadlıq!" aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub.
O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir.
Qeyd edək ki, noyabrın 26-da Bakının Naradaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Nəticədə polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.
Taleh Bağırov başda olmaqla, dəstənin 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər