Nardarana giriş və çıxış ciddi nəzarətə götürülüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 20:16 | Şərh sayı: (0) | Baxılıb: 324
Nardarana giriş və çıxış ciddi nəzarətə götürülüb
Bu gün Nardaranda baş verən qarşıdurmadan sonra polis qəsəbədə gücləndirilmiş iş rejiminə keçib.
Ixlas.Az xəbər verir ki, Trend-in qəsəbədə olan müxbirinin verdiyi məlumata görə, hazırda qəsəbənin giriş və çıxış yolları nəzarətə götürülüb, əraziyə daxil olan avtomobillər yoxlanılır.
Qeyd edək ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər