Nəm salfet, yoxsa zəhər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 10:11 | Şərh sayı: (0) | Baxılıb: 316
Nəm salfet, yoxsa zəhər...
Yaşından asılı olmayaraq bütün insanlar üçün salfetlər önəmlidir. Gündəlik yaşam zamanı insanı bir çox narahat vəziyyətlərdən xilas edən salfetlər, demək olar ki, hər kəsin çantasında mövcuddur.
Təmizlik, xüsusən mikroblardan qorunmaq üçün istifadəsinin vacibliyini qeyd edən firmalar bu salfetlərin heç bir əks-təsirindən söz açmır. Halbuki böyüklər üçün belə təhlükəli olan bu salfetlərin uşaqlar üçün istehsal olunub satışa buraxılması heç də düzgün deyil.
İxlas.Az musavat.com-a istinadən xəbər verir ki, araşdırma zamanı məlum oldu ki, insanlar nəm salfetlərdən istifadə etsələr də, onun gigiyenik tərəfinə o qədər də əhəmiyyət vermirlər. Halbuki ən yüngül halda ağır dəri allergiyası yarada bilən bu salfetlərin tərkibində olan kimyəvi maddələr xərçəngə qədər apara bilər. Bir çoxları hesab edir ki, bu salfetlər sağlamlıq üçün faydalıdır və gigiyenik cəhətdən dərinin təmizlənməsinə yardım edir. Lakin tədqiqatçılar tez-tez istifadə etdiyimiz vasitənin daşıdığı təhlükəni aşkar ediblər. Dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırıb, təkidlə bildiriblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Mətbuatda çıxan məlumatlar həkimləri sadəcə şoka salıb. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər eyni zamanda körpələri də əhatə edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, “Sydney Morning Herald” onu ictimaiyyətə təqdim edib.
Alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər