RSS
 

Login:
Şifrə:
» » Təmizlik imandandır

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Təmizlik imandandır

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-01-2016, 02:53 | Şərh sayı: (0) | Baxılıb: 1064

Təmizlik imandandır


Təmizlik imandandır


"Təmizlik" kəlməsini eşidəndə ağlınıza nə gəlir? Əlbəttə, xoş və gözəl təəssurat yaradan bu söz bədənə aid edildikdə çirkdən təmizlənməyi və paklığı ifadə edir.İnsanın təbiətlə ortaq xüsusiyyətlərindən biri də təmiz olmasıdır. Nəhəng heyvanlardan tutmuş mikroorqanizmlərə qədər bütün canlıların müxtəlif mexanizmlərlə ən gözəl şəkildə yerinə yetirdiyi vəzifələrdən biri də məhz təmizlikdir. Bu, bir daha sübut edir ki, təmizlik fitri prinsiplərin başında duran prinsiplərdən biridir. Ölən həmcinsini torpağa basdıran kərgədandan, gözü təmizləyən qapaqlardan, yeri süpürən küləkdən və tozu yatıran yağışdan təmizlik dərsi almaq olar. İnsan da yaradılış etibarilə pak və təmizdir…

İnsanlar arasında təmizliyə verilən önəm diqqətəlayiqdir. Onu da qeyd etmək yerinə düşərdi ki, çimmək adətini qərblilər məhz şərqlilərdən mənimsəmişlər. Tarixin şahid olduğu bir həqiqət də budur ki, hələ yaxın keçmişdə Qərbdə kral və zadəganların min otaqlı imarətlərində heç olmasa bir hamam otağı belə yox idi. Bəzi mənbələrə əsaslansaq, bir çox xalqların nümayəndələri çaylar daşandan daşana çimmək şərəfinə nail olurdular. Məhz Şərq mədəniyyətinin həmin bölgələrdə yayılması nəticəsində onlar çimmək adətini mənimsəmişlər. Səmavi dinlərin bədən təmizliyinə verdiyi əhəmiyyət böyükdür. Bəşəriyyətin hələ təmizliyin nə olduğunu tam olaraq bilmədiyi bir dönəmdə, İslamın maddi və mənəvi təmizliyi əsas götürən inanc sistemi bəşəriyyətin əsrlərdən bəri çatmağa çalışdığı təmizlik üfüqlərinə işıq salmış və salmaqdadır. Aşağıdakı Quran ayələri buna gözəl bir misaldır:
"Allah pak olanları sevər!" (9;108)
"Şübhəsiz, Allah tövbə edənləri və pak (təmiz) olanları sevər!" (2; 222)
"Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" (74; 4-5).
Bəşəriyyətin nümunəsi olan Məhəmməd peyğəmbər belə buyurmuşdur: "Təmizlik - imandandır!"

Fərdi təmizliyin ictimai əhəmiyyəti
İnsanlar təmizliyə riayət etsələr də, etməsələr də qarşılarındakı şəxslərdən təmiz olmalarını umurlar. Təmiz olma, təmiz görünüş cəmiyyət arasında hörmət və etibar qazanmaq vasitələrindən biri hesab olunur. Peyğəmbərimizin cəmiyyət içinə fiziki təmizliyə riayət etmədən çıxan şəxslərə ünvanlanmış sözləri gözəl bir nümunədir: "Sizlərdən bir nəfər məndən göy barədə xəbər alır, halbuki dırnaqları uzanıb, içinə çirk və yemək qalıqları dolubdur."

Bədən təmizliyinə necə riayət olunmalidir
Bədən təmizliyi dedikdə vücudumuza aid olan bəzi hissələrin və həmçinin paltar, corab və ayaqqabıların təmizliyi nəzərdə tutulur. Vücudumuzun təmiz saxlanılması vacib olan hissələri aşağıdakılardır: əllər, ayaqlar, dırnaqlar, ağız və dişlər, gözlər, burun və qulaqlar, saçlar və övrət hissələri… Bir sözlə, bütövlükdə bədənimiz təmiz olmalıdır!

Əsas bədən təmizliyi
Bədən təmizliyi çirklənmiş dərinin sabunla 37-38o su ilə yuyulması anlamına gəlir. Hər bir normal insan hər gün və yaxud iki gündən bir, ən gec həftədə bir dəfə çimməlidir.

Suyun insana olan xeyri sonsuzdur. Su müxtəlif yel xəstəliklərinə müsbət təsir edir, gündəlik gərginliyi azaldır, insanda fərəh və xoş əhval-ruhiyyə yaradır, qan dövranını yaxşılaşdırır, dərinin sağlamlığını təmin edir. Bu faydalardan bir qismini soyuq duş qəbul etməklə qazana bilərik. Soyuq duşdan xoşlanmayan şəxslərin isə heç olmasa ilıq-isti duşdan sonra əl, qol, üz və ayaqlarını soyuq su ilə yaxalamaları faydalı olar. Bədənin çox isti su ilə yuyulması və artıq kisələnmə dəri sağlamlığına mənfi təsir göstərir. Hər kəsin şəxsi dəsmalı, hamam lifi və digər gigiyenik vəsaitləri olmalıdır. Bu, həmçinin alt və üst geyimlərinə də aiddir.
Müalicəvi xarakter daşıyan vannalardan başqa, təmizlik və sağlamlıq baxımından ən düzgünü duş qəbulu şəklində olan yuyunmadır.
Dinimizin vacib bir əmri hesab olunan qüsul əsas vücud təmizliyinin çox mühüm bir hissəsidir.

Əl və üz təmizliyi
Ətraf aləmlə ən çox əlaqədə olan və daim istifadə olunan məhz bizim əllərimizdir. İnsanın müxtəlif mikroblara yoluxmasının yollarından biri də əllər vasitəsilə baş verə bilər. Yeməkdən əvvəl və sonra, yuxudan durandan sonra, qida işləri ilə məşğul olarkən, yemək hazırlayarkən, heyvanlarla təmasda olduqdan sonra, uşağa və xəstəyə baxmadan öncə və sonra əllər mütləq yuyulmalıdır. Müasir dövrdə bunun üçün müxtəlif antibakterial sabunlar icad olunmuşdur. Məsləhət görülür ki, əllərin sabunlanması 40 saniyədən az çəkməsin.

Üzü yumaq baş ağrılarının azalması, xoş əhval ruhiyyənin yaranması, insanın sağlam və gözəl görünməsi, baş bölgəsindəki qan dövranının düzgün fəaliyyəti üçün xeyirlidir.

Ayaqlarin təmizliyi
Yuyulduqdan sonra ayaqları, xüsusilə də barmaq aralarını gözəl şəkildə qurulamaq lazımdır. Əks təqdirdə nəmli şərait bəzi infeksiyaların əmələ gəlməsinə səbəb ola bilər. Barmaq aralarının quru qalması üçün ayaqqabı sıxmamalı, corablar nəm çəkən olmalıdır. Ayaqqabının təmizliyinə də riayət etmək çox vacibdir. Ayaqları tərləməyə meylli olan insanların ayaq kirləri tərləri ilə ayaqqabıya hopur. Ayaq və corab təmizlənsə belə, ayaqqabı geyindikdə ayaqlar yenidən kirlənir. Buna görə də, ayaq təmizliyinə corab və ayaqqabının təmizliyi ilə birgə riayət etmək lazımdır. Qadınlara bir məsləhət də vermək istərdik: Əziz xanımlar! Nə qədər çətin olsa da, çalışın hündürdaban ayaqqabılardan uzaq durasınız. Belə ayaqqabılar sizin sağlamlığınız üçün zərərlidir.

Dirnaqlarin təmizliyi
Çirkli dırnaqlardan pis görüntü yoxdur! Bu, ətrafdakı insanlara çox mənfi təsir bağışlayır, xüsusilə də qadınlara aid olduqda. Dırnaq təmizliyi əl və ayaq təmizliyinin tamamlayıcısı hesab olunur. Dırnaqlar qısa və dairəvi şəkildə kəsilməlidir, ancaq dırnaq batmasının qarşısını almaq üçün ayaq dırnaqlarının düz kəsilməsi tövsiyə edilir.

Dırnaqların mikrob mənbəyi olduğunu unutmamalıyıq. Çirkli dırnaqlı bir əlin ağız, burun, göz və təmasda ola biləcəyi digər bədən üzvlərini düşünsək, necə bir təhlükə daşıdığını çox asan anlaya bilərik.

Dırnaqları ən azı həftədə bir dəfə kəsmək lazımdır. Əgər dəyərli xanımlarımız dırnaqlarının sağlam, parlaq və gözəl olmasını arzulayırlarsa, gərək maksimum dərəcədə lak sürtməkdən çəkinsinlər, çünki daim laklı qalan dırnaqlar öz sağlamlıq və gözəlliyini itirə bilər.

Ağiz və diş təmizliyi
Təəssüflər olsun ki, vətəndaşlarımızın dişlərinin vəziyyəti xoşagəlməz bir vəziyyətdədir. Çoxları dişləri lap sıradan çıxdığı zaman həkimə müraciət etmək barədə düşünürlər. Uşaqlar arasında isə dişlərə qulluq və müalicə, demək olar ki, sıfır səviyyəsindədir.

Ağız və diş sağlamlığının qorunmasının ən asan və ucuz yolu diş fırçalamaqdır. Dişlər yemək yeyəndən dərhal sonra deyil, yeməkdən 1,5 saat sonra fırçalanmalı və çox az diş məcunu istifadə olunmalıdır. İstifadə olunan fırçanı üç aydan bir dəyişmək məsləhət görülür. Fırçalanma diş ətindən xaricə doğru həyata keçirilməlidir.Dişlərdə çürük olmasa belə, altı aydan bir dişlərin müayinə edilməsi vacibdir. Şirin və karbonhidratlı qidaların qəbul olunmasından sonra ağzın su ilə yaxalanması və ya bir az su içilməsi diş çürüklərinin əmələ gəlməsinin qarşısını alır.

Həzrət Məhəmməd buyurmuşdur: "Əgər ümmətimə çətinlik verəcəyimdən çəkinməsəydim, hər namazdan əvvəl onlara dişlərini təmizləməyi əmr edərdim."

Göz və burun təmizliyi
Gözlərin yuyulması göz damarlarına qüvvət verir, kipriklərdəki kiri təmizləyir, göz ətrafına yığılmış mikrobların uzaqlaşmasına və görmə qabiliyyətinin itiləşməsinə səbəb olur. Xüsusilə də, yorğun gözlərin soyuq su ilə yuyulması dincəldici effekt verir.

Burun içini təmizləmə havanın ağ ciyərlərə daha təmiz şəkildə ötürülməsinə səbəb olur, nəfəs almanı yüngülləşdirir, hava isidici sistemi yaxşılaşdıraraq daha düzgün və effektiv fəaliyyət göstərməsini təmin edir.

Saçlarin təmizliyi
Bəzi infeksiya daşıyıcıları və parazitlər kirli saçlara və o bölgədəki dəriyə daha asan yol tapır. Saç dərisinin strukturunun pozulması saçın artıq yağlanmasına səbəb olduğu üçün saçların hər gün, mümkün deyilsə günaşırı, ən azı həftədə iki dəfə yuyulması vacibdir. Saçların rənglənməsi və ya kimyəvi maddələrin istifadəsi saç və saç dərisinin sağlamlığını poza bilər, odur ki, bu cür vasitələrdən mümkün qədər az istifadə etmək lazımdır. Həmçinin, alimlərin apardığı tədqiqatlara əsasən, saçların elastik, parlaq və gözəl qalması üçün xüsusilə yay və qış aylarında başı müxtəlif vasitələrlə örtmək məsləhət görülür, çünki qızmar günəş şüaları ilə kəskin soyuq hava onlara mənfi təsir göstərə bilər.

Adət günləri və hamiləlik zamani təmizlik
Yetkinlik yaşlarında qız uşaqlarında müəyyən dəyişikliklər baş verdiyindən, onlar bu mövzuda daha da diqqətli olmalı, adət olduqları günlərdə təmizliklərini öndən arxaya tərəf etməlidirlər ki, idrar yolu infeksiyalarına yoluxmasınlar.

Qızlar adət günlərində sözü gedən xüsusi bölgənin quru qalmasına, batmış bezləri tez-tez dəyişdirərək mikrob düşməsinə fürsət verilməməsinə diqqət etməlidirlər. Sintetik alt paltarlar və dar şalvarlar da qadınlarda bu bölgədə xəstəlik riskini artırır. Adət günlərində hər gün duş almağın faydası vardır. Lakin vanna qəbul etmək olmaz!

Gənc qızlara adət olduqda qanaxmanın yayılmaması üçün hopdurucu xüsusiyyətə malik olan bezləri necə istifadə etməyi öyrətmək lazımdır. Alt paltara yerləşdirilən bezlər ən əlverişli və ən rahat qoruyucu vasitələrdir. Onları ən azı gündə dörd dəfə dəyişmək məsləhət görülür. Qanaxmanın ən çox müşahidə olunduğu ilk günlərdə bezləri daha tez-tez dəyişmək lazımdır. Gənc qızlar və xanımlar bunu da mütləq bilməlidirlər ki, qanaxma az da olsa, yəni axır günlərdə belə, bir bezi səkkiz saatdan artıq saxlamaq olmaz!

Hamiləlikdə duş almağın xeyri var, lakin su ilıq olmalıdır. Əziz xanımlar, bunu da bilməlisiniz ki, hamiləlik dövründə ümumi hamama getmək sizin üçün təhlükəli ola bilər!

Təmizlik amili insan sağlamlığının ayrılmaz bir hissəsidir. Təsadüfi deyil ki, müasir müalicə üsulları sırasında hidroterapiya (su ilə müalicə) böyük əhəmiyyət kəsb etməkdədir. Onu da qeyd etmək lazımdır ki, bu müalicə üsulunun tərkibinə dəstəmazı da daxil ediblər. Aparılan tədqiqatlara əsasən, gündəlik dəstəmaz alma insanın əsəb sisteminə müsbət təsir göstərir. Zəlzələlər və digər təbii fəlakətlər zamanı məlum olub ki, məhz dəstəmaz alan insanlar stress və digər əsəb sarsıntılarından qoruna bilmişlər. Təmizliyə riayət edən şəxslər öz yaxınlarına və çevrələrinə də xoş və müsbət təsir bağışlayırlar. Burada "gözəllik ondur, doqquzu dondur" ifadəsi yada düşür, lakin, zənnimizcə, insan nə qədər son dəblə geyinmiş olsa da, çirkli və səliqəsiz bir vəziyyət onun gözəl görünməsini mümkünsüz edər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor