Yaş salfetlərdəki təhlükə... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 08:19 | Şərh sayı: (0) | Baxılıb: 270
Yaş salfetlərdəki təhlükə...
Yaş salfetlər son illər gündəlik həyatda ən çox istifadə edilən məmulatlardan birinə çevrilib. Lakin gigiyena qaydalarına əməl etməyi asanlaşdıran yaş salfetlərin göründüyü qədər faydalı olmadığı üzə çıxıb.
Belə ki, yaş salfetlərin tərkibindəki spirt və ətrin bir sıra dəri xəstəliklərinə, o cümlədən allergiyaya səbəb ola biləcəyi açıqlanıb. Bu salfetlər dəridə qızartıya, onun quruyub tökülməsinə gətirib çıxara bilər. Həkimlər, xüsusilə də, uşaqlarda nəm salfetlər əvəzinə islanmış pambıqdan istifadə etməyi məsləhət görürlər. Ağız və göz ətrafının təmizliyəndə isə daha diqqətli olmaq lazımdır. Ekzema xəstələri, ümumiyyətlə, onlardan imtina etməlidirlər. Əgər yaş salfetdən istifadəni tərgidə bilmirsinizsə, heç olmasa, tərkibində ətir və spirt olmayan, keyfiyyətli salfet alın. Restoranlarda verilən, üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən istifadə etməyin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər