Yeni İslam dövləti qurulur - Əfqanıstan İslam Əmirliyi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 09:56 | Şərh sayı: (0) | Baxılıb: 306
Yeni İslam dövləti qurulur - Əfqanıstan İslam Əmirliyi
Taliban hərəkatı Əfqanıstan hökuməti ilə sülh danışıqlarının başlanması üçün şərtlərini açıqlayıb.
Avropa.info Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, Taliban sözçüsü Zabiullah Mücahid müzakirələr başlamazdan öncə hərəkatın beynəlxalq terror siyahısından çıxarılmasını tələb edib.
Taliban nümayəndə heyəti Qətərin paytaxtı Dohada Əfqanıstandan olan Barış Şurası rəsmiləri ilə görüş keçirib. Görüşdə 14 illik işğal və daxili müharibəni bitməsini hədəfləyən rəsmi sülh danışıqları üçün Taliban ön şərtlərini açıqlayıb.
Taliban sözçüsü Zabiullah Mücahid görüşlə bağlı bunları deyib: "Sülh danışıqlarına başlamaq üçün Talibanın ABŞ və BMT-nin terror siyahısından çıxarılması lazımdır".
Taliban sözçüsü Frans press-ə müsahibəsində görüşün detalları haqqında danışıb: "Bəzi məsələlərdə razılığa gəldiyimizi deyə bilərəm. Əvvəla əcnəbi əsgərlər ölkədən çıxacaq. Amma bunun necə həyata geçirləcəyini hələ danışmamışıq. Həmçinin, müstəqil, şəriət qaydaları ilə idarə ediləcək İslam dövlətinin qurulması yönündə razılıq əldə etmişik. Bundan başqa, dövlətin adının dəyişdirilərək Əfrqanıstan İslam Əmirliyi elan olunması yönündə də razılıq əldə edilib".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər