Əfqanıstan prezidenti xəbərdarlıq etdi: "Əl-Qaidə dirçəlir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:56 | Şərh sayı: (0) | Baxılıb: 230
Əfqanıstan prezidenti xəbərdarlıq etdi: "Əl-Qaidə dirçəlir"
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani bəyan edib ki, "Əl-Qaidə" terror qruplaşması bölgədə təsirini artırıb.
"Report" xəbər verir ki, bu barədə M.Ə.Qani CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda terrorçular bir çox ölkədən Əfqanıstana axın edir. "Rusiya, Çin, Özbəkistan, Tacikistan və Yaxın Şərq dövlətlərindən ölkəmizə gələn terrorçular var. Düzdür, 2015-ci ilin əvvəlində biz hesab edirdik ki, "Əl-Qaidə" çöküb. Ancaq indi başa düşürük ki, bu heç də belə deyil", - deyə dövlət başçısı vurğulayıb.
M.Ə.Qani onu da qeyd edib ki, terrorçular hazırda əhali ilə qarşıdurmadan çəkinir, ancaq bununla belə Əfqanıstan ərazisindən istifadə edirlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər