Rusiya hər yerdə bu türkü axtarır... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 02:31 | Şərh sayı: (0) | Baxılıb: 334
Rusiya hər yerdə bu türkü axtarır...

Avropa.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, pilot Oleq Peşkovu vuran Türkiyə vətəndaşı Alparslan Polad və qrupunun Türkmən Dağı bölgəsində olduğu haqda məlumatlar var və Rusiya bunun intiqamını alacaq.
Müharibə bölgəsinə Türkiyənin Elazığ şəhərindən gedən Alparslan Polad təyyarənin vurulmasından sonra pilotun öldürüldüyünə dair kameralar önündə açıqlama verən şəxsdir.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 14 Dekabr 2015-ci ildə verdiyi bəyanatda təyyarədən tullanan pilota atəş açan insanı müəyyənləşdirdiklərini, bu şəxsin Türkiyə vətəndaşı olduğunu açıqlamışdı. 33 yaşlı Alparslan Polad 2015-ci ilin əvvəllərində Suriyaya keçərək Bayırbucak Türkmənlərinə qoşulub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər