Rusiya Türkiyə ilə sərhəddə aviabaza inşa edəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 08:18 | Şərh sayı: (0) | Baxılıb: 256
Rusiya Türkiyə ilə sərhəddə aviabaza inşa edəcək

"Report" xəbər verir ki, bu barədə yüksək çinli Amerika məmuruna istinadən "Fox News" məlumat yayıb. Əl-Qamışlıda Suriya kürdləri yaşayır və buradakı hava limanı Suriya qoşunlarının nəzarəti altındadır.
"Bu, Rusiya ilə Türkiyə qarşıdurmasının növbəti nümunəsidir", — deyə amerikalı məmur bildirib.
Pentaqonda hesab edirlər ki, Rusiya sentyabrda Latakiyada olduğu kimi, burada da aviabaza tikmək niyyətindədir.
ABŞ Rusiyanın Türkiyə ilə sərhəddə yeni baza və hərbi kontingentinin meydana gəlməsinin regionda yenidən vəziyyəti gərginləşdirə biləcəyindən narahatdır.
Hazırda aerodromda rus təyyarələri yoxdur, lakin Pentaqonda hesab edirlər ki, onların orada görünməsi vaxt məsələsidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər