Türkana qaz verilməməsi etiraza səbəb oldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 23:21 | Şərh sayı: (0) | Baxılıb: 235
Türkana qaz verilməməsi etiraza səbəb oldu
150-yə yaxın sakin qəsəbənin mərkəzindəki məktəbin qabağına toplaşıb
Bakının Türkan qəsəbəsinin 100-150-yə yaxın sakini bu dəqiqələrdə məktəbin qabağına toplaşıb. Sakinlər 2 gündür qəsəbəyə qaz verilməsi ilə bağlı müzakirələr aparır, dövlət qurumlarına müraciət hazırlamağı planlaşdırırlar.
Onlardan biri musavat.com-a deyib ki, Xəzər Rayon İcra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi ötən gün problemin həll ediləcəyinə vəd etsə də, problem həll olunmayıb “Deyirlər ki, qəsəbədə ana xəttə qanunsuz qoşulmalar var, istixanalara qanunsuz qaz xətləri çəkilib. Türkanda yerli sakinlərin istixanaları tək-tükdür. Böyük istixanaların əksəriyyəti məmurularındır. Əhalini qışın günü qazsız qoyurlar ki, qanunsuz qoşulma var. Evlərdə xəstə, yaşlı, uşaqlar soyuqdan donur. Kim qanunsuz qoşulubsa, onun qazını kəssinlər. Camaat boğazından kəsib karta qaz yükləyir, havayı qaz alanlara görə bizim də qazı kəsirlər. Yığışıb müzakirə edirik. Səhər qərar verəcəyik ki, hara gedək, dərdimizi kimə deyək”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər