Restoran və şadlıq evlərində durğunluqdur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:55 | Şərh sayı: (0) | Baxılıb: 894
Restoran və şadlıq evlərində durğunluqdur
“Deyirlər ki, 2-3 aya vəziyyət düzələcək, biz də gözləyirik”
Manatın ikinci dəfə devalvasiyası bütün sahələrdə olduğu kimi şadlıq evlərinə, restoranlara da öz mənfi təsirini göstərib. Belə ki, əvvəllər hər gün nişan, toy məclisləri ilə dolub-daşan restoranlar bu gün tərk edilmiş bir sarayı xatırladır. Bir sıra restoranlar ümumi bahalaşma fonunda qiymətləri müəyyən qədər artırsa da, bəziləri heç bir artıma getməyib.
Ancaq bir sıra xidmətləri menyudan çıxardaraq ayrıca təklif edilir. Buna görə də toy edənlərin sayında kəskin azalma müşahidə edilir. Hətta əvvəlcədən toy danışan bir sıra insanlar var ki, onlar məclisi təxirə salıblar.
Yaranmış vəziyyətlə bağlı bir neçə restoranla əlaqə saxladıq.
“Su sonası” restoranının direktoru Mütalib Əhmədov əvvəlki günlərlə müqayisədə, toy sifarişlərinin sayında bir qədər artım olduğunu dedi: “Menyuda heç bir artım yoxdur. Müəyyən qədər endirimlər də etmişik. Toy sifariş edənlərin sayında da artıq irəliləyiş var”.
“Xudafərin” şadlıq evinin əməkdaşı Fəridə xanımın sözlərinə görə toyların sayında azalma var: “Əvvəllər toylar daha çox olurdu. İndi azalma müşahidə edirik. Qiymətlərdə də heç bir artım etməmişik. Əvvəlki qiymətlərlə fəaliyyət göstəririk”.
“Mega Palace” restoranının inzibatçısı da toyların azaldığını dedi: “Deyirlər ki, 2-3 aya vəziyyət düzələcək. Biz də gözləyirik. Toyların sayında azalma var. Qiymətlərdə isə heç bir endirim və ya artım etməmişik”.
“Ay işığı” şadlıq sarayında da heç bir qiymət artımı yoxdur. Qiymətlər qonaqların sayından və seçdiyiniz zaldan asılı olaraq 50-100 manat arasında dəyişir. Bu qiymətlər martın ortasına qədər aktual qalacaq. Ondan sonra isə artım olacağı gözlənilir.
“Gilavar” şadlıq evində hələlik bir dəyişiklik olmasa da, qiymət artımının olacağını deyirlər. Bu şadlıq sarayında hazırda standart menyunun qiyməti 45 manatdır.
“Sərin” restoranında isə menyunun qiyməti 80 manatdır. Əgər indidən toy üçün menyu seçib gün təyin etsəniz, gələcəkdə baş verə biləcək hər hansısa qiymət artımının sizə heç bir aidiyyəti olmayacaq. Hazırda isə bu restoranda qiymətlərdə heç bir artım yoxdur və gözlənilmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər