Nazirlik: Ətin qiymətində artım yoxdur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 14:04 | Şərh sayı: (0) | Baxılıb: 350
Nazirlik: Ətin qiymətində artım yoxdur
Son günlər ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası yoxdur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.
Bu barədə Trend nazirliyin saytına istinadən məlumat verir.
Məlumatda deyilir ki, hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir: "Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır".
Nazirlikdən Trend-ə qeyd ediblər ki, ötən ilin dekabrında 1 kq mal ətinin qiyməti 7-8 manat, 1 kq qoyun ətinin qiyməti isə 9-11 manat olub: "Hazırda regionlarda ətin qiyməti paytaxta nisbətən daha ucuzdur".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər