RSS
 

Login:
Şifrə:
» » Qiymətlər bahalaşır, toy xərcləri artır: Evlənməyə tələsin...

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qiymətlər bahalaşır, toy xərcləri artır: Evlənməyə tələsin...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 15:24 | Şərh sayı: (0) | Baxılıb: 386

Qiymətlər bahalaşır, toy xərcləri artır: Evlənməyə tələsin...


Qiymətlər bahalaşır, toy xərcləri artır: Evlənməyə tələsin...Manatın devalvasiyası, bir çox sahələrə, o cümlədən, toy mərasimləri üçün lazım olan atributların qiymətinə də təsir göstərib. Hazırda toy adət-ənənələrinin olmazsa-olmazı sayılan briliant qaşlı qızıl üzük, nişan alyansları, gəlinliklər, maşın bəzədilməsi, gül dəstəsi və sair mal və xidmət sahələrində qiymət artımı müşahidə olunur. Bu da ailə qurmağa hazırlaşan gənclərin büdcəsinə təsir göstərir.

Musavat.com-un müxbiri toy hazırlığı ənənələrinin izinə düşərək bir çox sahələrdə qiymətlərlə maraqlanıb.

Qızılın qiyməti oğlan evinin yuxusunu ərşə çəkir

Əvvəlcə yolumuzu paytaxtın iri ticarət mərkəzlərindəki qızıl dükanlarından salıb, nişan üzüklərinin və qızıl dəstlərinin qiyməti ilə maraqlandıq. “Laçın” ticarət mərkəzində nişan üzüklərinin qiymətləri əvvəl 300 manatdan başlayırdısa, indi 500 manatdan başlayır. Gəlinliyə namizədlərin vazkeçilməz arzusu olan müxtəlif dizaynlı təkqaşlı üzüklər 500-1300 manat arasında dəyişir. Zövqlü bir üzük almaq üçün bəyin cibində ən azı 1000 manat olmalıdır.

Daha təvazökar cütlüklər isə 500-550 manata sadə bir briliant qaşlı üzük ala bilərlər. Əsas üstünlük 750 əyarlı qızıla verilir. Satıcılar da etiraf edir ki, bir neçə ay əvvəl 700 manata olan qızıl indi 1200 manatdır. Üçlü qızıl dəstlərin (üzük, sırğa, boyunbağı) qiymətləri isə 2500 manatdan başlayır, 5000-6000 manata qədər davam edir. Təbii ki, satışda bundan da bahalı dəstlər var.

Halbuki, ötən ilin ortalarında eyni zərgərlik məhsullarını 1300-1500 manata almaq mümkün idi. Satıcılar isə toy ərəfəsində olanlara qızıl almağa tələsməyi məsləhət bilir. Deyirlər ki, qızıl ayın sonuna doğru yenidən bahalaşacaq.

Satıcılar bahalaşmanın səbəbini dolların bahalaşmasında və qızıla aksiz vergisinin tətbiq olunmasında görürlər. Deyirlər ki, bahalaşma zinət məqsədli qızıla olan tələbatı öldürüb. İmkansızlıq səbəbindən toy edən cütlüklər daha sadə və ucuz qızıla üstünlük verirlər.

Səbinə adlı satıcı deyir ki, onların işi də böhran vəziyyətindədir: “Qızılı Dubaydan gətirirəm, burada satdıqca hissə-hissə pulunu göndərirəm. Ödəniş vaxtı çatanda elə olur ki, dəyər-dəyməzinə, mayasına satmalı oluram. Elə olur ki, saatlarla bir nəfər yaxınlaşmır, az qala havalanırıq. İnsanlarda ərzaq almağa pul yoxdur, qızıla pul verməyə çətinlik çəkirlər”.

Qeyd edək ki, burada da alıcı qıtlığı yaşanır. Alanlardan çox evlərindəki qızılı gətirib, satanlar gözə dəyirdi.

Göz qamaşdıran, “əl yandıran” gəlinliklər...

Qızıl sektorundan çıxıb, gəlinliklərin kirayəsi ilə maraqlanırıq. Məlum olur ki, burada da 50-100 manat qiymət artımı var. Kirayə qiymətləri əvvəl 100 manatdan başlayırdısa, indi normal bir gəlinlik 200 manatdan bahadır. Qiymətlər 150-500 manat arasında dəyişir. Daha gözəl zövqü olanlar daha çox pul ödəməli olurlar.

Gəlinlik kirayəsi ilə məşğul olanlar deyir ki, burada təklif olunan toy libaslarının əksəriyyəti hazır şəkildə xaricdən gətirilir. Bu isə xarici valyuta ilə olduğu üçün əvvəlkindən təxminən iki dəfə baha çıxır. Burada tikilən gəlinliklərin isə həm parçası, həm də bəzək üçün vurulan daş-qaşı da xaricdən gəlir. Bu baxımdan dolların bahalaşması onların da bazarına təsir edir.

Xınayaxdı mərasimləri üçün kirayə verilən kəcavənin bir günlük kirayəsi 150 manatdır. Kəcavənin hazır şəkildə gətirilib, qurulması və aparıcı bir yerdə 250 manata, bunun üzərinə kamera, musiqi, gəlinin rəfiqələrinin geyimini də gəlsək, 500-600 manata başa gəlir.

Müsahiblərimin sözlərinə görə, gözəllik salonları da qiyməti qaldırıb. Ən ucuz gəlin bəzəmək 200 manatdan başlayır. Ən bahalı “gəlin başı” 400-500 manata başa gəlir.

Gəlin maşınları bəy tapa bilmir: Tələbat azalıb...

Növbəti ünvanımız metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında, “Laçın” ticarət mərkəzinin qarşısındakı gəlin maşınlarının dayanacağıdır. Burada həm müasir, həm də antik görünüşlü maşınlar təqdim olunur.

Qiymətlər isə əvvəlki dövrlə müqayisədə hiss olunacaq dərəcədə ucuzlaşıb. Bir zamanlar 150-200 manatdan aşağı qiymətə yerindən tərpənməyən maşınları, indi hətta 60-80 manata şəhəriçi sürə bilərsiniz. Sürücülük vəsiqəsi olanlar təkcə maşını, olmayanlar isə sürücü ilə birlikdə maşını kirayələyə bilər.

Dayanacaqdakı əksər maşınların qiyməti 80-100 manat arasında dəyişir. Maşın bəy evinə hazır bəzəkli şəkildə gətirilir. Bəy evindən gəlin gətirməyə, oradan isə restorana getmək də ümumi qiymətə daxildir. Ən bahalı maşınlardan “Chrysler” 200 manata, “Mercedes Galenvagen” 150 manatadır. Təxminən bir il öncə bu avtomobillərlə gəlin aparmaq 350-400 manata başa gəlirdi.

Gül salonlarında da müştəri qıtlığı var

Toyun hər bir mərhələsində, istər nişanda, istər xınayaxdı və toyda hər iki tərəfin yolu gül dükanlarına düşə bilər. Burada həm gül buketlərinin və hədiyyələrin bağlanması, həm də maşınların, evlərin bəzədilməsi xidmətləri təklif olunur.

Güllərin qiymətində isə elə də ciddi bir artım yoxdur. Ən çox tələbat olan qırmızı qızılgülün qiyməti 4-5 manat arasında dəyişir. Digər dekorativ güllər isə 2 manatadır. 10 ədədlik qızılgül buketi 50-60 manata başa gəlir.

Satıcı deyir ki, müştərilərin də, buketlərə yığılan güllərin də sayında azalma var: “Əvvəllər gəlin buketləri 30-50 güllə bağlanırdı. İndi əksər müştərilər maksimum 10 gül sifariş edirlər. Gəlirlərimiz o qədər azalıb ki, icarə haqqını çətinliklə veririk”.

Əhalinin gəlirlərinin azalması və buna paralel olaraq, mal və xidmətlərin bahalaşması toya hazırlaşan ailələrin artıq xərclərdən çəkinməsinə səbəb olur. Bu isə qanunun nail ola bilmədiyi toy qadağalarının könüllü tətbiqinə gətirib, çıxarıb.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor