“İlham Əliyevin proqnozu nikbindir...” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 19:17 | Şərh sayı: (0) | Baxılıb: 209
“İlham Əliyevin proqnozu nikbindir...”
İlham Şaban: “Əslində dövlət başçısı 2017-ci illə bağlı ümidverici bir proqnoz verib”...
Dövlət başçısı İlham Əliyev neftin qiyməti ilə bağlı nikbin proqnozlarını bölüşüb. İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən “The new energy equation” panelində çıxışında bu barədə bildirib: “Hesab edirəm ki, neftin qiyməti daha 2-3 dollar düşəcək. Lakin ilin ikinci yarısında bazar inkişaf edəcək”.
Dövlət başçısının sözlərinə görə, neftin qiyməti ilə bağlı vəziyyət dövri xarakter daşıyır: “Mən xatırlayıram ki, biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi. İnkişaf layihələri hazırlayanda neftin qiymətinin 22 dollar olacağına ümid edirdik. İndi qiymət həmin rəqəmə yaxınlaşır. Ümid edirəm ki, bazar stabilləşəcək. Çünki neft sektoru investisiyaya ehtiyac duyur. Aydındır ki, neftin qiyməti qalxacaq. Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, gələn il neftin qiyməti 60-70 dollar olacaq. Bu ilin ikinci yarısının isə stabilləşmə dövrü olacağına ümidvaram”. “Yeni enerji tarazlığı” adlı panel müzakirəsində çıxış edərkən o, neftin qiymətinin düşməsindən danışıb. O bildirib ki, dünya birjalarında neftin qiymətinin daha da ucuzlaşması təəccüblü olmayacaq. İ.Əliyev neftin qiymətinin bu səviyyədə düşməsini gözlənilməz adlandırsa da, Azərbaycanın iqtisadiyyatının stabil olduğunu deyib. “Bizim kifayət qədər ehtiyatlarımız var. Mövcud vəziyyəti kompensasiya edə bilərik. Amma uzun zaman belə davam etsə, bizim büdcəyə böyük təsiri olacaq”.
Ekspertlər də neftin qiymətinin 2017-ci ildə bahalaşmağa doğru gedəcəyini açıqlayırlar. Ancaq konkret rəqəm söyləmək o qədər də asan deyil. Ekspert İlham Şaban məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində dövlət başçısı 2017-ci illə bağlı ümidverici bir proqnoz verib: “Ancaq bunu qəti zaman gələcək formasında bildirməyib. Ona görə qeyd etmək olar ki, o ümidli olduğunu bildirib, istərdi ki, bu, 2017-ci ildə baş versin. Ancaq reallıq ondan ibarətdir ki, 2017-də həqiqətən neftin qiyməti 2016-cı ildən baha olacaq. Bütün proqnozlar, istər beynəlxalq enerji agentliklərinin, istər beynəlxalq maliyyə qurumlarının proqnozları olsun, istərsə də şirkətlərin açıqlamaları bunu göstərir. Yəni 2017-ci ildə 2016-cı illə müqayisədə neft daha baha olacaq. Əgər biz nəzər salsaq, bp şirkətinin rəhbəri Robert Dadli də açıqlamasında neftin qiymətinin bu ilin ikinci yarısında artıq artmağa başlayacağını qeyd edib. Bu, ümumiyyətlə ”bp global"ın açıqladığı hesabata uyğun bir açıqlamadır. İndiyədək bp nə qədər bu cür proqnozlar verib, hamısı düz çıxıb. Çünki bu proqnozlar veriləndə ancaq neft bazarı nəzərdə tutulmur. Bütün iqtisadiyyat, iqtisadi faktorlar nəzərə alınmaqla neftin qiymətlərinə nəzər yetirilir.
Burada quyuların azalması faktorundan tutmuş yataqlara qoyulan kapital qoyuluşları və Avropada iqtisadi inkişaf templəri də nəzərə alınır. Dünya Bankının hesabatında açıqladığı son proqnozlarda əgər ən böyük istehlakçı olan Çində ümumi daxili məhsul aşağı enirsə, Avropada ümumi daxili məhsul tempi artır. Dünya üzrə götürəndə, ümumi daxili məhsul 3,4-dən daha yüksək templə artım səviyyəsi göstərəcək. İnkişaf etməkdə olan ölkələrin hesabına bu, baş verəcək. Nəticə etibarı ilə ona gətirməlidir ki, neftin qiyməti artmağa istiqamət götürməlidir. İndi real olaraq bahalaşma 2017-ci ilin yanvarında, ya dekabrında olacaq, bu, başqa məsələdir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər