Evlər söküləcək, yerində yol salınacaq - RƏSMİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 18:30 | Şərh sayı: (0) | Baxılıb: 590
Evlər söküləcək, yerində yol salınacaq - RƏSMİ
Yeni Bakı-Sumqayıt dəmir yolunun tikintisi üçün 500-550 mln. dollar investisiya tələb olunacaq.
Bu barədə dünən jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov məlumat verib.
Ixlas.Az publika.az-a istinadən xəbər verir ki, C.Qurbanov ümumilikdə 180 km uzunluğunda yolun inşa edilməli olduğunu, bunun üçünsə böyük vəsait lazım gəldiyini deyib.
Onun sözlərinə görə, dəmir yolu Zabrat və digər qəsəbələrdən keçəcək. İşlərə yolun keçəcəyi ərazilərin qanunsuz tikililərdən, rabitə xətlərindən və digər obyektlərdən təmizlənməsi də daxildir.
QSC sədri deyib ki, Azərbaycan hökuməti bu məqsədlə Asiya İnkişaf Bankından kredit cəlb etmək niyyətindədir.
C.Qurbanov əlavə edib ki, dəmir yolunun inşası Bakı-Sumqayıt marşrutu ilə sərnişin axınının gündəlik həcmini 30-40 min nəfərə çatdırmağa imkan verəcək.
Onun sözlərinə görə, 2015-ci ilin dekabr-2016-cı ilin yanvar aylarında Azərbaycana "Stadler Rail Group" şirkətinin istehsalı olan və "Stadler Minsk" zavodunda istehsal edilmiş iki yeni qatar gətiriləcək.
Qeyd edək ki, hazırda Sumqayıt-Xırdalan-Bakı dəmir yolunun uzunluğu 85 km təşkil edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər