Bakıda təxminən 3 min ev söküləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-12-2015, 13:52 | Şərh sayı: (0) | Baxılıb: 283
Bakıda təxminən 3 min ev söküləcək
inlə Azərbaycan arasında dəmir yolları sahəsində əməkdaşlıq müqaviləsi var. Müqavilə cənab prezidentin iştirakı ilə imzalanıb. Razılıq var ki, yüklərin daşınmasında bir-birimizə kömək edək. Daha asan bir prosedur yaradacağıq. Bu formada anlaşmamız var.
13:31
Bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanovun sözlərinə görə, Şimal-Cənub dəhlizi Azərbaycana çox lazım olan dəhlizlərdən biridir: "Bu dəhliz Hindistanda başlayıb Finlandiyada, Helsinkidə bitir. Bu da 5 min km-ə qədər məsafə deməkdir. Bu yol Azərbaycan üzərindən keçir. İranla Rusiya arasındakı yük dövriyyəsi təxminən 10 milyon tondur. Avropa ilə Hindistan arasında isə 25 milyon tonluq yük dövriyyəsi var. Bu yüklərin əksəriyyəti dəniz üzərindən daşınır. Bu da 45-60 gün çəkir, yüklər amma Azərbaycan üzərindən keçəndə daha qısa müddətə başa gəlir. Biz də bu proseduru asanlaşdırmağa çalışırıq. Bununla bağlı koordinasiya şurası yaradılıb və bu məsələlərlə ciddi məşğuldur. Bu yaxınlarda cənab prezident sərəncam imzaladı. Astaradan İrana 8 km-lik körpü inşa ediləcək. Dekabrın 20-21-də bununla bağlı görüş olacaq. Bu görüşdə məsələlərin daha konkret qoyulması nəzərdə tutulur. Birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə qədər 8 km yol çəkiləcək. 100 metrlik isə körpü tikiləcək. Bu, İranın Bəndərabbas limanından gələn yüklərin, ümumiyyətlə, Azərbaycan üzərindən keçəcək yüklərin daşınmasını asanlaşdıracaq. Sahibkarların işini asanlaşdıracaq".
C.Qurbanov dəmiryol xətti ətrafındakı qanunsuz tikililər probleminə də toxunub. Onun sözlərinə görə, hazırda bu məsələyə baxılır: "Bu məsələdə hər hansı yenilik olarsa, ictimaiyyət məlumatlandırıcaq. Hazırda, sadəcə, siyahıyaalma gedir".
"Azərbaycan Dəmir Yolları" QSC-nin apardığı araşdırmaya görə, təxminən Bakıda 3 min ev mütləq söküləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər