RSS
 

Login:
Şifrə:
» » “Türkmənlərin uğursuzluğunun əsas səbəbi silahlı qüvvələrinin olmamasıdır”

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Türkmənlərin uğursuzluğunun əsas səbəbi silahlı qüvvələrinin olmamasıdır”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 23:19 | Şərh sayı: (0) | Baxılıb: 250

“Türkmənlərin uğursuzluğunun əsas səbəbi silahlı qüvvələrinin olmamasıdır”


“Türkmənlərin uğursuzluğunun əsas səbəbi silahlı qüvvələrinin olmamasıdır”Mahir Nakib: “Azərbaycan dövlətinin və xalqının siyasi və maddi yardım etməsini gözləyirik”
“Bizim hər zaman iki ana vətənimiz var - biri Türkiyədirsə, o biri Azərbaycandır...”

Mahir Nakibi Azərbaycanda da yaxşı tanıyırlar. Bir il Bakıda, daha sonra bir neçə il Qazaxıstanda çalışıb. Deyir Bakıda yaxşı dostları var, 1992-ci ildən etibarən Bakıya çoxsaylı səfərləri olub. İraq türkmənləri mövzusunda seminarlar, çıxışlar edib.
Hazırda Çankaya Universitetində dərs deyən M.Nakib Türkiyədə İraq türkmənlərinin danışan dillərindən və türkmən məsələsini əsas bilicilərindən biridir. Onunla görüşüb türkmənlərin durumu, soydaşlarımızı gözləyən perspektiv və görüləcək işlər haqda danışdıq.

- Hazırda İraq türkmənlərinin durumu necədir?

- İraq türkmənlərinin bugünkü durumunu anlamaq üçün 2003-cü ildən bu yana olan vəziyyəti bilməkdə fayda var. 2003-cü ilə qədər İraq xalqı bütövlükdə Səddamın zülmü altında idi. Hər kəs – kürdlər, şiələr, türkmənlər və digər etnik və dini qruplar – “payına düşən” zülmü görürdü. Kimdən soruşsan, Səddam zamanında ən çox zülmə məruz qaldığını deyir.

2003-cü ildən sonra isə proses çox sürətli cərəyan etdi və nəzarətdən çıxdı. Türkmənlər 2003-cü ildən 2005-ci ilədək ciddi bir məsafə qət elədilər. Konstitusiyaya türkmənlərin adları salındı, siyasi partiya qurdular, parlamentdə millət vəkilləri ilə təmsil olundular, Kərkük əyalət məclisində təmsilçiləri oldu. Lakin o zaman İraqın siyasi sistemini təşkil edən siyasi qrupların hamısının dəstəkçisi vardı. Şiələrin ən böyük dəstəkçisi İran idi, sünni qruplar isə o zaman yer altında fəaliyyət göstərirdi, o dönəmdə siyasətə girmədilər. Kürdlərin isə əsas dəstəkçisi olan Amerika onsuz da İraqda idi və 2011-ci ilə qədər orda qaldı. Kürdlər çox rahatlıqla onlardan dəstək ala bilirdilər.



Türkmənlərin dəstək ala biləcəkləri tək ölkə Türkiyə idi, fəqət Türkiyə o zaman çox diqqətli bir yardım siyasəti qurmuşdu. Bu səbəbdən türkmənlər o dönəmdə ciddi varlıq göstərə bilmədilər. İraq hökumətində yalnız bir nazirlə təmsil olunurdular. Lakin 2008-ci ildən sonra vəziyyət bir qədər də stabilləşdi və qanunlar fəaliyyətə keçdi. 2011-ci ildə artıq İraq mərkəzi hökumətində türkmənlərin 3 naziri vardı. O zaman hökumət koalisiyasında 17 partiya yer alırdı və onların içərisində türkmənlərin 30 yerlik kabinetdə 3 nazir vəzifəsi əldə etməsi ciddi hadisə idi. Kərkük, Mosul, Səlahəddin əyalət məclislərində türkmən üzvlər vardı. Hətta Kərkük əyalət məclisinin sədri türkmən idi. İraq parlamenti tərəfindən türkmənlər İraqın 3-cü milləti elan edildi. Eyni zamanda türkmən bölgəsinin inkişafı üçün vəsait ayrıldı. “Türkmən haqlarının qorunması” adlı qanun hazırlandı, lakin Nazirlər Kabinetindən keçsə də, parlamentdən keçmədi. Türkmənlər bir çox haqlar, hüquqlar əldə etsələr də, bu qanunların əksəriyyəti icra olunmadı.
Məsələn, Səddam zamanında xalqın əlindən alınmış torpaqların geri qaytarılması ilə bağlı qanun qəbul olundu. Kürdlər, ərəblər bu qanundan istifadə edərək torpaqlarını geri alsalar da, türkmənlər edə bilmədilər.

- Nədən?

- Çünki türkmənlərin torpaqlarını ya ərəblər, ya da kürdlər almışdı.

- Yəni kürdlər və ərəblər daha güclü olduqları üçün türkmən torpaqlarını ələ keçirdilər?

- Daha çox iqtidarda onlar olduqları üçün. Çünki hakimiyyətdə kürdlər və ərəblər idi, güc də onlarda idi. Yəni kağız üzərində türkmənlərin haqları ərəblər və kürdlər qədər tanınırdı. Amma bu qanunlar tətbiq olunmurdu. Məsələn, Kərkük bölgəsində türkmənlərə məxsus ərazilər hələ də onlara geri qaytarılmayıb. Amma türkmənlər hələ də mübarizələrini aparırlar.
Türkmənlərin uğursuzluğunun əsas səbəbi silahlı qüvvələrinin olmamasıdır. Kürdlər 2003-cü ilə qədər deyirdilər ki, Səddam devrildikdən sonra peşmərgə buraxılacaq və İraq ordusuna qatılacaq. Amma elə olmadı, bu gün peşmərgə müstəqil bir hərbi gücdür və İraq büdcəsindən maaş alırlar. Ərəb şiələrində də elə oldu, bir qismi İraq ordusuna, bir qismi də “xalq ordusuna” qatıldılar və maaşlarını ordan almaya başladılar. Türkmənlər bu məsələdə həm Bağdad hökuməti, həm də xüsusi olaraq kürd hakimiyyəti tərəfindən sıxışdırıldı.

3-cü mühüm məsələ isə türkmən torpaqlarının türkmənlər tərəfindən idarə edilməməsidir. Məsələn, Telafer şəhərinin 350 minlik əhalisinin hardasa hamısı türkməndir. Amma hələ də bir ilçədir. Halbuki Duhokun 100 min, Nəcəfin isə bir zaman 150 min əhalisi vardı, amma bunların hər ikisi əyalət olsalar da, Telafer 350 min əhalisinə rəğmən, əyalət statusu ala bilmədi, səbəbi də türkmən olduqları idi.

Kərkükə baxaq. 1960-cı illərə qədər Kərkükün bütün əhalisi az qala türkmən idi. Amma Kərkükdə neft istehsal edilməyə başladıqda şəhərə kürdlər yerləşməyə başladı. Çünki yeni iş yerləri və işçilərə tələbat vardı. Bağdad isə Kərkükə sürəkli olaraq ərəbləri yerləşdirirdi. Orda etnik vəziyyət dəyişməyə başladı. 2003-cü ildən sonra isə durum tamam dəyişdi. 700 min əhalisi olan Kərkükə 2003-cü ildən sonra yüz minlərlə kürd köçürdülər və bu gün Kərkün əhalisi bir milyon 200 mindən çoxdur. Və kənardan gələn insanların demək olar ki, hamısı kürdlərdir. 2003-cü ilə qədər Kərkük əhalisinin 35 faizi türkmən idisə, bu gün 15-20 faizə düşüb. Yəni artıq şəhər kürdlərin əlinə keçib, idarəçilik də onlardadır.



- Bugünkü durum necədir - son olayların fonunda...

- Əsas qırılma nöqtəsi İŞİD-in İraqa daxil olması ilə başladı. Açığı İŞİD-in İraqa daxil olduqdan sonra heç kim, mən özüm də türkmənlərə zərər vuracağını düşünmürdük. Çünki İŞİD-in hədəfi şiələrə qarşı savaşmaq kimi görünürdü. Ancaq İraqa girən İŞİD-in Mosuldan sonra ikinci işğal etdiyi şəhər Telafer oldu. O zamana qədər 350 min əhalisi olan Telaferdə bu gün ən uzağı 50 min civarnda türkmən qalıb. Onların böyük bir qismi, hardasa 150 min nəfər Nəcəf və Kərbəla şəhərlərinə, 100 minə yaxını Kərkük ətrafına, 50 minə yaxını isə Türkiyəyə yerləşdi. İŞİD-dən ən böyük zərəri türkmənlər gördü. Yenə də İŞİD-dən sonra Kərkükdə müəyyən qədər nüfuz dairəsi olan türkmənlər onu da itirdilər. İŞİD-in hücumlarından sonra Kərkükü tamamilə nəzarətə götürən kürd peşəmgələri tədricən şəhərdəki bütün hakimiyyət orqanlarını ələ keçirdilər. Yəni İŞİD-ə qarşı mübarizə adı altında əslində türkmənlərin son mövqeləri də əllərindən alındı. Kərkükün məclis sədri, polis rəisi, təhsil idarəsi müdiri kimi önəmli vəzifələr türkmənlərdə olsa da, artıq onlar da əllərindən alındı.

Daha bir şəhərimiz Tuzhurmatı idi. Bu şəhərin 150 minə yaxın əhalisinin demək olar ki, hamısı türkmən idi. Ərəblər yox kimi idi, az sayda kürd yaşayırdı. Tuzhurmatının ətrafındakı kəndlər də türkmən kəndləridir. Bir neçə ay öncə Turhurmatıda kürdlər və türkmənlər arasında toqquşma oldu, hər iki tərəfdən ölən olsa da, ən böyük zərəri kürkmənlər gördü. Xüsusən də Şimali İraq kürdlərinin KYB, yəni Talabani qruplaşması o ərazilərdə gözünün olduğunu bəyan edir. Hazırda əhalisinin demək olar ki, hamısı türkmən olan Tuzhurmatının polis rəisi, valisi kürddür. Bağdad hökuməti də türkmənlərə isti yanaşmır.

Türkmənlər arasında məzhəb fərqi yoxdur, bizim üçün önəmli olan milli kimlik, yəni türkmən olmağımızdır. Biz türkmən kimliyimizlə Azərbaycan mədəniyyəti ilə yetişmiş bir insanlarıq. Azərbaycanda mədəniyyət, elm, fikir adamları ilə ciddi bağlarımız vardır. Güney Azərbaycanla da çox yaxşı əlaqələrimiz var. Təbriz, Urmiya, Marağa kimi şəhərlərlə əlaqələrimiz var.
İraq türkmənlərinin böyük tələbləri yoxdur, müstəqillik tələb etmirlər və ya Türkiyəyə birləşməyi istəmirlər. İraqın içərisində öz mədəniyyətlərini yaşatmaq və öz torpaqlarına sahib olmalarını təmin edəcək bir sistem istəyirlər. Amma istər Bağdad olsun, istər kürd hakimiyyəti, istərsə də indi ortaya çıxan İŞİD olsun, hamısı türkmən torpaqlarını hədəfə alıblar. Qısacası, türkmənlərin bu gün haqları olsa da, bu, yalnız kağız üzərindədir, silahlı gücləri olmadığı üçün haqlarını reallaşdıra bilmirlər. bu səbəbdən də bu gün İraqda olan 2,5 milyon türkmənin hardasa 500 mindən çoxu yurdsuz qalıb, müxtəlif yerlərə səpələnmiş durumdadırlar.

- Hazırda türkmənlər hansı bölgələrə yerləşdiriliblər. O zaman Kərbəla və Nəcəfə böyük sayda türkmənin yerləşdirildiyi haqda mediadan xəbər tutduq. İndi necədir, əsasən haralardadırlar?

- Nəcəf və Kərbəlada hardasa 200 min ətrafında türkmən qaçqını yerləşdirilib. Bastam, Yayçı, Yengəc, Telaferdən türkmənlərin 50 min nəfərə yaxını Kərkükə köçdü. Eyni zamanda Telafer türkmənlərinin 50 minə yaxını Türkiyəyə köçmüşdü.

- Türkiyənin hansı bölgələrinə yerləşib türkmənlər? Onlara yardımlar, təminatları necədir?

- Ankarada, Qaziantepdə, Eskişəhirdə, Konyada, Adanada az sayda olduqlarını bilirəm. Bunlara əsasən bizim Türkməneli Yardım Vəqfimiz yardım edir. Keçmiş vaxtlardan köçüb Türkiyəyə yerləşmiş ailələr içərisində imkanlı olanlar yardım edirlər.

- Türkiyə dövləti tərəfindən yardım olurmu?

- Müəyyən ölçüdə var. Türkmənlər qaçqınlar üçün bəzi imkanlardan istifadə edə bilirlər. Xəstəxanalarda müalicə ala bilirlər dövlət hesabına, uşaqlarını türk məktəblərinə verirlər. Amma türkmən qaçqınların durumu yaxşı deyil, bir çoxları çörəkpulu üçün çalışır. Uşaqlarını məktəbə göndərə bilməyən ailələr var. Qısa desək türkmən eli bu gün darmadağın olub.
Bu gün İraq parlamentində 9 türkmən millət vəkili var. Onlardan 3-ü İraq Türkmən Cəbhəsinin millət vəkilidir. Qalanları fərqli ərəb siyasi partiyalarının işçində yer almış türkmənlərdir. Türkmənlərin hazırda ən məşhur təmsilçisi İraq Türkmən Cəbhəsidir, digər qruplar da var. Təşkilatın rəhbəri Ərşad Salehi mübariz insandır, Türkiyədə və Azərbaycanda tanınır. İraqda da hər kəs tərəfindən hörmət edilən bir şəxsdir. Bütün türk dünyasına səsini duyurmaq istəyən bir insandır.



İraq Türkmən Cəbhəsi Türkiyə qədər də Azərbaycandan dəstək gözləyir. Bizim hər zaman iki ana vətənimiz var. Biri Türkiyədirsə, o biri Azərbaycandır. Çünki əgər bizim 50 faiz Türkiyə ilə bağımız varsa, 50 faiz bağlantımız Azərbaycanladır. Azərbaycan dövlətinin və xalqının İraqdakı türkmən qardaşlarına siyasi və maddi yardım etməsini gözləyirik.

- Bu mövzuda Azərbaycan rəsmiləri, siyasi-ictimai xadimlərlər görüşləriniz oldumu?

- Bilkənt Universitetinin keçmiş Himayədarlar şurasının sədri, rəhmətlik İhsan Doğramacı rəhmətlik Heydər Əliyevlə çox yaxşı münasibətləri vardı. Dəfələrlə gedib görüşüb danışıqlar apardıq. Biz də gəldik, mən Elçibəyin prezidentliyi zamanı gəldim, görüşdüm. O zaman Azərbaycan dövlət quruculuğu dönəmini yaşayırdı. Amma 2003-cü ildən sonra İraq türkmənləri o qədər çətin duruma düşdülər ki, Azərbaycanla münasibətləri sadəcə mədəniyyət sahəsində qaldı.
Ancaq açığı, Azərbaycan dövlətinin bu günə qədər türkmənlərə hər hansə maddi və ya siyasi dəstəyini, dövlətin türkmənlərlə bağlı hansısa bəyanatını duymadım. Amma ümid edirəm ki, bu gündən sonra olar. Çünki həqiqətən də İraq türkmənlərinin dəstəyə çox ehtiyacları vardır.

- Türkmən aydınlarının türkmənlərin hazırkı düşdükləri çıxılmaz durumdan qurtulmaq üçün hansısa yol axtarışı, ortaq bir müzakirələri varmı? Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?

- Mövcud durumdan çıxmaq asan deyil. Çünki İraq özü dağılmaq üzrədir. Məsələn, bu gün (dünən-red.) Bərzaninin partiyası KDP açıqlamaya yayaraq bir an öncə müstəqil olmaq istədiklərini bəyan etdi. Digər tərəfdən, artıq kürdlər İraq ərazisində xəndək qazmağa başlayıblar. Qazdıqları xəndək demək olar ki, bütün türkmən bölgələrini əhatə edir. Yəni bir kürd dövləti elan edilsə, türkmən torpaqları o dövlətin içində qalacaq. Türkmənlərin bunun qarşısını alacaq gücləri yoxdur. Nə də Bağdadın buna gücü yoxdur. Amerika da səsini çıxarmır. Təmsili desək, İraqda böyük balıq kiçik balığı udur. Bu gün yeganə çıxış yolu türkmənlərin səsini bütün dünyaya yaymaqdır. Durum belə davam etsə, türkmənlərin vəziyyəti heç də yaxşıya doğru getməyəcək. 2,5 milyonluq türkmənlərin ən azı 500 mini ölkədən kənara qaçdı. Təxminən o qədər və bəlkə də daha çoxu İraqın içərisində yer dəyişdirdi. Yəni öz doğma yerlərində çox az sayda türkmən qaldı. Öz yurdundan çıxan türkmən asimilyasiya təhlükəsindədir. Bağdada gedən türkmən ərəbləşmə təhlükəsi qarşısındadır. Çünki Bağdadda türkmən məktəbləri yoxdur, icmalaşma yoxdur.

- İraq türkmən bölgəsində türkmən məktəbləri varmı?

- Türkmən bölgələrində, Telafer, Kərkük, Ərbildə az sayda var. Tuzhurmatıda vardı, İŞİD qapatdı. O məktəblərdə tədris latın əlifbası və Türkiyə türkcəsi ilə aparılır. İraq Təhsil Nazirliyi yanında Türkmən Təhsil İdarəsi quruldu. Dediyim kimi bu cür haqlar var, amma bu haqların tətbiq olunması xeyli çətindir. Yəni o məktəblərin təmin olunması, müəllim cəlb olunması türkmənlərin öz üzərinə düşüb. Bu işdə Azərbaycan və Türkiyə dövlətinin dəstəyi ola bilər. Çünki bunlar siyasi deyil, təhsil məsələsidir. İraqın ziyalı siyasətçiləri də türkmənlərin Azərbaycan əsilli olduqlarını bilir və bunu etiraf edirlər. Yəni İraqda türk mədəniyyətinin, türkmən varlığını yaşamasını istəyiriksə, ordakı insanlara siyasi, mədəni, maddi dəstəyi əsirgəməməliyik.

Kənan Rövşənoğlu



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor