Azərbaycanda uşaqlara yeni peyvənd növü vurulacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 22:33 | Şərh sayı: (0) | Baxılıb: 241
Azərbaycanda uşaqlara yeni peyvənd növü vurulacaq
Azərbaycanda tətbiqi nəzərdə tutulan inaktivləşdirilmiş poliomielit peyvəndi ölkəyə gətirilib.
Bu barədə Report-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.
Onun sözlərinə görə, peyvənd 6 ayı tamam olan uşaqlara 1 doza həcminə yalnız bir dəfə vurulacaq: "Hazırda yalnız 3 ölkədə bu virusun sirkulyasiyası var. Bunun da qarşısını almaq məqsədi ilə bu tip vaksinlər paylanılır. Ona görə də nə qədər ki, bu xəstəlik yox olmayıb, həmin peyvəndlər digər ölkələrlə yanaşı, Azərbaycanda da tətbiq olunacaq. Bununla da tədricən oral poliomielit vaksinindən inaktivləşdirilmiş poliomielit vaksinlərinə keçid həyata keçiriləcək. Yəni, bu vaksinin tətbiqindən sonra bu ilin aprel ayında Azərbaycanda üç valentli oral poliomielitli vaksindən iki valentli oral poliomielit vaksininə keçiləcək".
Azərbaycanda 1 yaşa qədər olan uşaqların sayı 170 mindir. Həmin uşaqların hamısının əhatə olunması üçün lazımi miqdarda mərhələli şəkildə vaksin gətiriləcək.
O, xatırladıb ki, yalnız bir dəfə - uşağın 6 aylığında vurulacaq peyvənd tam sağlam və həkim müayinəsindən keçən uşaqlara tətbiq olunacaq: "Vaksin ilk olaraq bizim mərkəzə veriləcək. Bundan sonra vaksin bir aylıq müddətdə lazım olan miqdarda bütün peyvənd məntəqələrinə, yəni poliklinikalara paylanacaq. Peyvəndin tətbiq olunacağı ilk aylarda Mərkəz tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Çünki əvvəldən bütün hazırlıq işləri görülüb və təlimlər olub. Xatırladım ki, dövlət tibb müəssisələrində aparılan bütün peyvəndlər pulsuz həyata keçirilir. Ölkəyə gətirilən yeni vaksin də ödənişsizdir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər