Azərbaycanda 66 nəfər məktəb direktorluğundan kənarlaşdırılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 13:46 | Şərh sayı: (0) | Baxılıb: 300
Azərbaycanda 66 nəfər məktəb direktorluğundan kənarlaşdırılıb
“2015-ci il ərzində çalışmanın son yaş həddinə çatmış 66 məktəb direkoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib, 76 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinin müddəti 1 il uzadılıb”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi təhsil müəssisələrində çalışmanın son yaş həddinə çatmış işçilərlə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmrində qoyulmuş tələb və meyarlar (son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə muvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə, təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.
65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq 5 dəfə uzadıla bilər.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydalarına əsasən, Bakı şəhəri istisna olmaqla ölkənin ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul üzrə 07.08.2015-ci il tarixdə iki mərhələli müsabiqə keçirilib.
Nazirlikdən bildirilib ki, rayon (şəhər) təhsil şöbələri (idarələri) tərəfindən 536 vakant yer və namizəd təqdim edilib. Müsabiqənin birinci mərhələsində namizədlərin bilik və səriştəsinin yoxlanılması məqsədilə test imtaham keçirilib. Bu mərhələyə buraxılmış 462 namizəddən 437 nəfəri imtahanda iştirak edib, onlardan 323 nəfər növbəti mərhələyə keçib.
Müsabiqənin ikinci mərhələsində namizədlərin təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri, müasir idarəetmə, əmək qanunvericiliyi sahəsində bilik və bacarıqları, ümumi dünyagörüşü, liderlik və şəxsi keyfıyyətləri qiymətləndirilib. Müsahibə mərhələsində 229 nəfər keçid balını toplayıb. Qeyd olunan müsabiqənin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər