Azərbaycanda “donuz qripi” şübhəsi ilə 50 nəfərdən qan nümunəsi götürülüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 17:36 | Şərh sayı: (0) | Baxılıb: 330
Azərbaycanda “donuz qripi” şübhəsi ilə 50 nəfərdən qan nümunəsi götürülüb

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yoluxma halı aşkarlanmayıb. Bildirilib ki, səhiyyə müəssisələrində zəruri tədbirlər görülüb: “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb".
Qeyd olunub ki, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb: “Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər