Dövlət qurumu “donuz qripi”nə görə gücləndirilmiş iş rejiminə keçdi - AZƏRBAYCANDA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 21:38 | Şərh sayı: (0) | Baxılıb: 293
Dövlət qurumu “donuz qripi”nə görə gücləndirilmiş iş rejiminə keçdi - AZƏRBAYCANDA
İstər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur
Türkiyədə qeydə alınmış “donuz qripi” virusu ilə əlaqədar Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib.
APA-nın cənub bürosunun məlumatına görə, bunu Masallıda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. O bildirib ki, istər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur. Ona görə də bütün sərhəd keçid məntəqələri uzun illərdən bəri lazımi termoqurğularla təchiz olunub.
Bütün bunlarla yanaşı, A. Əliyev məntəqələrə DGK-nin tərkibindəki həkim briqadalarının cəlb olunduğunu da söyləyib: “Biz daimi olaraq Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın vaxtlarda həmin qurumun təcrübəli həkimləri tərəfindən bizim tibb işçilərimiz üçün seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər