Uşaqlara deyilməyəcək 10 cümlə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:19 | Şərh sayı: (1) | Baxılıb: 637
Uşaqlara deyilməyəcək 10 cümlə
Araşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri işlətməməyi məsləhət görürlər.
Onların fikrincə, körpənin neçə yaşının olması əhəmiyyətli deyil - o artıq hər şeyi, hətta səs tonunu belə ayırd edir. Uşaqlara ən çox deyilən 10 cümlə və onların əvəzinə deyilməli olan məsləhətlər bunlardır (siz.az):
- Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir (Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən);
- Al, götür, təki sakit ol! (Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu sənə icazə verə bilmərəm);
- Əgər bir də belə etdiyini görsəm - sən görərsən! (Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə də incimə, gərək verdiyim sözü tutum);
- Dedim ki, dərhal dur gözlə! (Mən görürəm ki, bikefsən, bu haqda sən sakitləşdikdən sonra danışarıq);
- Bunu anlamalısan ki... (Bu barədə fikrini dinləməyə hazıram, - Gəl, səninlə bir az gəzək, rəsm çəkək);
- Oğlanlar (qızlar) özlərini bu cür aparmır! (Doğurdanmı, bu sənin xoşuna gəlir?);
- Boş şeyə görə məyus olma! (Bilirəm, sənə necə ağır gəlir, mən də sənin yerində olsaydım, bikef olardım);
- Sağlamlığımı qoru! (Ana hər zaman xəstələndiyi haqda uşağa yalan deməməlidir);
- Yox, bunu almayacağıq - pul yoxdur! (Sənin bu cür oyuncağın artıq var, çox şokolad yemək ziyandır);
- Hamının uşaqları uşaq kimidir, sən isə... (Mən sənin yaxşı tərəfini də, pis tərəfini də sevirəm).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər