Baxımsız piyada keçidi Bakı sakinlərini bezdirib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 22:20 | Şərh sayı: (0) | Baxılıb: 180
Baxımsız piyada keçidi Bakı sakinlərini bezdirib
Paytaxtda nəqliyyatın və insanların intensiv hərəkət etdiyi Heydər Əliyev prospektində yerləşən yeraltı piyada keçidi yarasız vəziyyətdədir. Eskolatorların işləməməsi hər gün bu ərazidən keçən sakinlərin həyatına təhlükə yaradır.
Belə ki, eskolatorlar nasaz vəziyyətdə olduğundan əhali qarşı tərəfə keçmək üçün nəqliyyatın intensiv hərəkət etdiyi yoldan istifadə etməyə məcbur olur. Ən acınacaqlı məqam isə odur ki, bu problem 2 aydır, həll olunmur.
Musavat.com-un əməkdaşı adıçəkilən ərazidə piyadalarla həmsöhbət olub. 4 istiqamətdə çıxışı olan keçiddə eskolatorlar işləmir. Piyadalar yolu qarşıya keçmək üçün əziyyət çəkirlər.
Keçiddə fəaliyyət göstərən mağaza sahibləri və piyadalar 2 aydır ki, eskolatorun xarab olduğunu deyirlər. Lakin buna baxmayaraq, aidiyyatı qurumlar problemi həll etmirlər.
Bundan əlavə, 20-yə yaxın mağazanın, onlarla satıcının fəaliyyət göstərdiyi keçiddə su və kanalizasiya sistemi də bərbad vəziyyətdədir.
Satıcıların dediyinə görə, şirkətin borcu olduğu üçün su kəsilib: “Su üzünə həsrətik. Yuyunmaq üçün “28 May” metrostansiyasına gedirik. Keçiddə su olmadığından hər tərəf çirkab içindədir. Dəfələrlə müraciət etsək də, nə fayda...”
Adının çəkilməsini istəməyən mağaza sahibi eskolatorların işləməməsinin səbəbini çox da baha olmayan bir mexanizminin nasaz vəziyyətdə olması ilə əlaqəli olduğunu dedi: “Eskolatoru “Akkord” şirkəti təmir etdikdən sonra “Royal İnseyt” şirkətinə təhvil verib. Mağazalara, keçidə həmin şirkət cavabdehdir. Lakin gördüyünüz kimi, baxımsızlıqdan keçid bərbad vəziyyətdədir. Eskolatoru işə salan qurğu yanıb. Əgər həmin qurğu dəyişdirilsə, işə düşə bilər.
Deyirlər ki, guya eskolatorun düzəlməsi üçün 70 min manat xərc lazımdır. Su idarəsinə isə şirkətin 24 min manat borcunun olduğu bildirilir. Bir sözlə, eskolatorun düzəlməsi üçün yalanlar uydururlar. İki gün əvvəl piyadalardan biri eskolatorun pilləkənlərindən aşağı yıxıldı, yaralandı. Təcili yardım çağırdıq, xilas elədi. Yalandan dedilər ki, həmin şəxs sərxoş olub. Hər gün eskolatorlardan adamlar yıxılır. Əsasən də ondan yaşlı piyadalar istifadə edirlər. Çünki, onlar pilləkənlə düşüb, qalxa bilmirlər. Əksəriyyətinə kömək edib, eskolatordan keçiririk”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər