“Neftqazavtomat”da maaş üsyanı gözlənilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 23:04 | Şərh sayı: (0) | Baxılıb: 474
“Neftqazavtomat”da maaş üsyanı gözlənilir
Zavod direktoru fəhlələrə əmək haqqının nə vaxt veriləcəyini bilmir
Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsinin (EİM) fəhlələri əmək haqlarını ala bilmirlər. Fəhlələr deyir ki, 2006-cı ildən MSN-in tərkibində fəaliyyət göstərən zavod sifarişləri uğurla və tam vaxtında həyata keçirib. Onlar bildirilər ki, zavodun sifarişçiləri sırasında SOCAR-ın “Azneft” İstehsalat Birliyi, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları Xidməti və “Bahar Enerji” əməliyyat şirkəti olub.
“Dörd əsas, yeddi köməkçi və istehsalat şöbəsi fəaliyyət göstərən “Neftqazavtomat”da 2015-ci il üçün kifayət qədər müqavilələr olub. Bütün müqavilələr vaxtında yerinə yetirilib və bunun qarşılığında müəssisənin hesabına ödəmələr həyata keçirilib. Amma işçilərin əmək haqları may ayına qədər 30-35 faiz səviyyəsində ödənilib. Kollektiv müqavilənin şərtləri birtərəfli sürətdə pozulur. Müəssisənin gördüyü işlərin dəyəri işçilərin əmək haqlarından 4-5 dəfə çoxdur. Amma bizim əmək haqlarımız verilmir. Zavodun hesabına 900 min manat köçürülsə də, bizim əmək haqlarını vermirlər” – deyə işçilər bildirib.
Zavodun direktoru Əli Əmirov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində fəhlələrə əmək haqlarına görə borcun olduğunu təsdiqləyib. Ə.Əmirov fəhlələrin əmək haqlarının verilməməsini iqtisadi böhranla əlaqələndirib. Fəhlələrin əmək haqlarının nə vaxt veriləcəyini özünün də bilmədiyini açıqlayıb. Qeyd edək ki, fəhlələr problemin həlli üçün zavodun baş mühəndisi Firad Cəfərova müraciət etsələr də, problem həll olunmayıb.
Firad Cəfərov “Bizim Yol” qəzetinə deyib ki, fəhlələrin əmək haqqının ödənilməsi sifarişçilərdən asılıdır: “Müəssisə sifarişləri uğurla həyata keçirir. Müdafiə Nazirliyindən aldığımız sifariş əsasında gördüyümüz işi bitirib bu ilin noyabrın 15-də təhvil verdik. Bunun nəticəsində müəssisənin hesabına 1 milyon manata yaxın vəsait köçürülməlidir”.
F.Cəfərov bildirib ki, müəssisə əməkdaşlarının maaşında gecikmələrin olması halı bəzi sifarişçi təşkilatların borclarını tam ödəməsi ilə bağlıdır: “Onlardan biri Dövlət Neft Şirkətidir. Bu şirkətin bizə 600 min manat borcu var”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər