Yolu düzgün keçməyənlərin diqqətinə! Cərimələr artırılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:33 | Şərh sayı: (0) | Baxılıb: 384
Yolu düzgün keçməyənlərin diqqətinə! Cərimələr artırılır
Azərbaycanda piyada keçidindən kənarda yolu keçən piyadalar üçün cərimələr artırılır.
Yol hərəkəti üzrə ekspert, Digesta hüquq firmasının direktoru Ərşad Hüseynov bildirib ki, bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsində “Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması” maddəsində öz əksini tapıb.
Ekspert bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə görə piyada keçidindən kənarda yolu keçən piyadalar üçün 20 manat cərimə nəzərdə tutulur:
“Yeni layihə bu qayda pozuntusunu törədən piyada üçün 30 manat cərimə müəyyən edir. Lakin piyadaların törətdikləri digər qayda pozuntularına (məsələn, svetoforun qırmızı işığından keçmə, operativ nəqliyyat vasitəsinə yol verməmə və s.) görə cərimə əvvəlki kimi 20 manat olaraq qalır”.
Ərşad Hüseynov hesab edir ki, artıq piyadalar daha diqqətli, daha məsuliyyətli olmalıdırlar:
“Mən hesab edirəm ki, bu dəyişikliyə ehtiyac yoxdur. Elə 20 manat miqdarında cərimə də yetərli idi. Amma heç kim məsuliyyətdən kənarda qalmamalıdır”.
Qeyd edək ki, Yeni İnzibati Xətalar Məcəlləsi mayın 1-dən qüvvəyə minəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər