Qaxda iki uşaq anası dərmandan zəhərlənib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:04 | Şərh sayı: (0) | Baxılıb: 298
Qaxda iki uşaq anası dərmandan zəhərlənib
Qaxda iki uşaq anası dərmandan zəhərlənib.
Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvarın 7-i axşam saat 19 radələrində Qax şəhəri Məmmədəli Əmirov küçəsi ev 21 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Aybəniz Rəcəb qızı Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, iki uşaq anası olan 38 yaşlı Aybəniz Süleymanova hələlik məlum olmayan səbəbdən 5 ədəd dərman içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A. Süleymanova lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər