Avropa İttifaqı Moldovada münaqişə tərəflərini dialoqa çağırıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 07:24 | Şərh sayı: (0) | Baxılıb: 203
Avropa İttifaqı Moldovada münaqişə tərəflərini dialoqa çağırıb
Avropa İttifaqı (Aİ) Moldovada münaqişə tərəflərini dialoqa və səbirli olmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında bildirilir.
Avropa İttifaqı hesab edir ki, bütün tərəflər sakitlik və təmkinliliyə əməl etməlidir.
"Biz ölkədə bütün maraqlı tərəfləri dialoqda iştirak etməyə və Moldova Respublikası üçün birlikdə irəliyə yol axtarmağa çağırıb", - deyə bəyanatda qeyd olunub.
Sənəddə bildirilir ki, Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini qurumun Kişinyovdakı nümayəndə heyəti ilə sıx əlaqədədir və vəziyyəti izləyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər