Saakaşvili prokurorluğa çağırıldı - `Qoz mafiyası`na görə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 23:00 | Şərh sayı: (0) | Baxılıb: 233
Saakaşvili prokurorluğa çağırıldı - `Qoz mafiyası`na görə
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili dindirilmək üçün Kiyev Rayon Prokurorluğuna çağırılıb.
Anspress.com xəbər verir ki , bu barədə dövlət orqanının saytında informasiya verilib.
“Kiyev Rayon Prokurorluğu Odessa vilayəti dövlət administrasiyasının sədri Saakaşviliyə Kiyev gömrüyündə yüksək vəzifəli rüşvətxor məmurlar barədə verilən məlumat üçün minnətdarlığını bildirir”, - deyə məlumatda qeyd olunub.
Prokurorluğun məlumatına görə, fırıldaqçılar manipulyasiya yolu ilə Ukrayna gömrüyündə malları rəsmiləşdirərək böyük mənfəət əldə edirlər. "Qoz mafiyası" adlanan başqa bir qrup da var.
Mafiyaçılarla bağlı Odessanın qubernatoru yanvarın 18-də Xarkovda keçirilən antikorrupsiya forumunda çıxış edərkən danışmışdı. Onun sözlərinə görə, “Qoz mafiyası” adlandırılan və diller firmaların əsasında qurulan sistem var ki, onlar vətəndaşlardan qozu alıb xaricə çıxarır.
Saakaşvili bildirib ki, “qoz yetişdirən heç bir nənə onu xaricə aparmaq üçün düzgün sənəd hazırlaya bilməz, buna görə də məhsulu vasitəçilərə satmaq məcburiyyətində qalır”.
Mixail Saakaşvili həmçinin bu sistemin baş havadarları barədə də danışıb.
“Hər il deputatlardan, təhlükəsizlik xidməti əməkdaşlarından, prokurorlardan ibarət qrup yaradılır və danışırlar: "Qoz konteyneri çıxarmaq istəyirsiniz?" - deyə Odessa qubernatoru vurğulayıb.
Saakaşvilinin verdiyi informasiyaya əsasən, məhsulun keyfiyyətinə görə hər konteynerdən 12-20 min dollar arası mənfəət götürülür. Dövlətə isə bundan heç nə düşmür.
“Artıq gömrüyə ciddi nəzarət edəcəyik. Qozun yalnız qanuni yolla gömrükdən çıxarılmasına icazə verəcəyik, qoy büdcəyə də ödəsinlər”, - deyə Saakaşvili bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər