Poroşenko avropalı həmkarları ilə danışıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:15 | Şərh sayı: (0) | Baxılıb: 246
Poroşenko avropalı həmkarları ilə danışıb
Ukrayna prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla telefonla danışıb.
Tərəflər Ukraynanın şərqindəki vəziyyəti və atəşkəslə bağlı Minsk razılaşmasının yerinə yetirilməsini müzakirə ediblər.
Poroşenko atəşkəsin pozulması və ATƏT müşahidəçilərinin münaqişə zonasına buraxılmamasının yolverilməz olduğunu bildirib. Liderlər Minsk razılaşmasının yerinə yetirilməsi üçün növbəti addımları müzakirə ediblər.
Kiyev və Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva isə ittihamı rədd edir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində 9 mindən çox adam ölüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər