Saakaşvili öz məsləhətçisini işdən qovdu və polisə verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:06 | Şərh sayı: (0) | Baxılıb: 216
Saakaşvili öz məsləhətçisini işdən qovdu və polisə verdi
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz məsləhətçisi Vladimir Rezniki işdən qovub.
Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, amma Saakaşvili bununla kifayətlənməyib. O, hüquq-mühafizə orqanlarından xahiş edib ki, V. Reznikin fəaliyyətini araşdırsınlar.
“Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Marçenko bilavasitə cinayət başında yaxalanandan sonra şəxsən mənim tapşırığımla daxili yoxlama aparıldı və məlum oldu ki, Vladimir Reznik vilayətdə tikinti işlərinin aparılması ilə bağlı sənədlərə qanunsuz olaraq dərkənarlar qoyub”, - deyə M.Saakaşvili öz facebook səhifəsində yazıb.
Qubernator qeyd edib ki, o bu gün vilayətin hüquq-mühafizə orqanlarının rəhbərlərini Odessa administrasiyasının iclasına dəvət edib və onların gözü qarşısında Rezniki vəzifəsindən qovaraq, onun fəaliyyətinin araşdırılmasını istəyib.
Saakaşvili onu da vurğulayıb ki, bütün əsas strukturlarda maliyyə yoxlamaları aparılacaq və administrasiya “kabinetli korrupsiyaçılar”dan təmizlənəcək.
Onun sözlərinə görə, administrasiya əməkdaşlarının sayı artıq 800-dən 400-ə endirilib. Qubernator onu da vurğulayıb ki, “köhnə rəhbərlik, demək olar, tamamilə yenilənəcək”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər