RSS
 

Login:
Şifrə:
» » “Qoca Avropa dilemma qarşısında qalıb”

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Qoca Avropa dilemma qarşısında qalıb”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 20:37 | Şərh sayı: (0) | Baxılıb: 277

“Qoca Avropa dilemma qarşısında qalıb”


“Qoca Avropa dilemma qarşısında qalıb”İsveçrədə yaşayan mühacir Hacı Hacılı Avropanın miqrant siyasətini təhlil edir: " “Məgər bir vaxtlar məhz elə bu baxımdan bakılılar qaçqınları çoxmu isti qarşılayırdı?” "
Dünya xəbərlərində hər gün Avropaya axın edən miqrantlarla bağlı yeni gəlişmələr yer alır. Ya onların adı təcavüz olaylarında, ya da kriminal xronikada hallanır. Bunun miqrantlara yaşıl işıq yandıran Avropa ölkələri rəhbərlərinə qarşı yürüdülən siyasət olduğunu deyənlər də var, gerçəklik payının yüksək olduğunu iddia edənlər də. İsveçrədə yaşayan mühacir Hacı Hacılı ilə söhbətimizdə bu durumu təhlil etdik. Müsahibimiz bu xəbərlərin və Avropadakı antimühacir əhvalının səbəblərini izah etdi.

-Hacı bəy, son günlər Avropaya axın edən mühacirlərlə bağlı Qərb mediasında neqativ yazılar dərc edilir. Ümumi əhval müsəlman ölkələrindən gələn miqrantların kriminala, təcavüzə meylli olması və gəldikləri Avropa ölkələrində bu hadisələri sıx-sıx törətməsi ilə bağlıdır... Sizin müşahidələriniz necədir?

- Yazıların heç də hamısı neqativ fikirlərdən ibarət deyil. Avropa mediasında mühacirlərin müdafiəsi ilə bağlı çoxlu reportaj, müsahibələr və məqalələrə də rast gəlmək mümkündür. Amma bütövlükdə götürdüksə haqlısınız, ümumi əhvalın doğrudan da neqativə doğru dəyişməsi tendensiyasını artıq müşahidə etmək mümkündür. Təəssüf ki, orda da haqlısınız ki, tənqidi yazıların əksəriyyətinin hədəfi başqa miqrantlar deyil, məhz islam dünyasından bu məkana pənah aparanlara qaşıdır. Təbii ki, ümumi əhval-ruhiyyəni formalaşdırmaq üçün müəlliflər bir qayda olaraq müsəlmanların kriminala meylli olmalarını vurğulayırlar. Lakin şəxsən mənim müşahidələrimə görə, bu tipli ittihamlar elə həmin onların çıxdıqları mətbuat orqanlarındaca ciddi tənqid olunur, onların müəllifləri etnik və dini ayrı-seçkilik salmaqda suçlanırlar. Bu baxımdan Avropa məkanındakı immunitet hissindən tam arxayın olmaq olar – avropalılar bunun nə demək olduğunu bir neçə dəfə görüblər.

-Bunun kampaniya olduğu iddiası da var ortada. Müsəlmanları qaralama kampaniyasının tərkib hissəsi ola bilərmi sizcə?

- Təbii ki, burda kampaniya elementləri də var. Uzun zaman ərzində marginallaşmış, amma bir növ hər addımda fürsət gözləyən sağ təmayüllü millətçilərin əlinə bundan yaxşı girəvə düşə bilməzdi ki. Və onlar indiki situasiyadan kifayət qədər səmərəli istifadə etməyə başlayıblar. Diqqətlə fikir verdinizsə, Fransada baş verən terror hadisəsindən sonra keçirilən yerli seçkilərdə Mari Lipenin rəhbərlik etdiyi millətçilər nə qədər irəli çıxdılar. Eləcə də Almaniyanın bir neçə torpağında, hətta sanki bu işlərdən xeyli kənarda duran İsveçrənin özündə belə nasist yönlü təşkilatların baş qaldırması, hətta bir neçə gözlə görünən demarş etməsini götürə bilirik. Lakin hər üç halda bundan irəli gedə bilmədilər. Fransada bunun ardınca Le Pençilər yenidən uduzdular. Digər adları çəkilən ölkələrdə də təxminən eyni mənzərə yarandı. Ola bilsin Belçika və Macarıstanda millətçilərin mövqeləri hələ güclüdür, amma onların da çox irəli getmək şansları yoxdur... Sualın ikinci hissəsinə gələk: Avropa, xüsusən Şengen məkanı öz siyasətini İnsan Haqları və Əsas Azadlıqlar üzrə Beynəlxalq Konvensiya əsasında qurur. Bu konvensiyanın əsas müddəalarını irqi, dini, cinsi, sosial fərqlərdən asılı olmayaraq insanın yaşamaq, ləyaqətli həyat sürmək və siyasi azadlıqlara malik olmaq haqları təşkil edir. İctimai rəy də məhz bu siyasətdən qaynaqlanır. Amma son bir neçə ildə artıq ictimai rəydə xeyli neqativ çalarlar yaranıb ki, bunun da əsas səbəbi zənnimcə, üç amildən asılıdır:

1. Qacqın axınının Avropa məkanının real imkanları civarını aşması;
2. Qacqınlarla bərabər təşkilatlanmış kriminal qruparın və...
3. ...Dini ekstremizmin bu məkana ayaq açması. Bax bu üç amil siz dediyiniz o kampaniya üçün əla bir substrat rolunu oynayır.

- Siz uzun illərdir İsveçrədə yaşayırsız. Bir miqrantın Avropanın, avropalının yaşantısını, onun düzənini pozma ehtimalı nə dərəcədədir fikrinizcə? Yəni, miqrant axını Avropaya hansı mənada təsir edə bilər?

-Burda əsas onunla razılaşmırlar ki, gələnlər Avropaya çətin inteqrasiya olunurlar. Doğrudan da uzağa getməyək. Elə Türkiyədən İsveçrəyə pənah gətirmiş türklərin, kürdlərin timsalında görərik ki, bu sahədə doğrudan da ciddi problemlər var. Adamlar 30-40 il burda yaşayır, hələ də nə düz əməlli danışa, nə cəmiyyətə qarışa bilirlər. Hətta bazarlığı da gedib özlərinin dükanlarından edirlər. Bu basqa etnik qruplarda - ərəblərdə, ruslarda da belədir. Aydın məsələdir ki, bu cür hallar qıcıq verəcək. Digər tərəfdən götürəndə məsələyə “yerli-gəlmə” kontekstindən də yanaşa bilirik. Dünyanın hər yerindən gəlmələr daha fəal olur, onlar hər vasitə ilə pul qazanmaq, güzəranını yaxşılaşdırmağa, keçmiş yüklərdən azad olmağa çalışır. Onlar tutaq ki, küçənin tinində şirniyyat satmaqdan utanmırlar. Halbuki yerli adamların alnına silah da dirəsən bunu etməz. Məgər bir vaxtlar məhz elə bu baxımdan bakılılar qaçqınları çoxmu isti qarşılayırdı? Yadınıza gəlirmi, biz paytaxtda yaşayanlar, Qarabağdan gələn qaçqınların qısa zamanda öz alın təri ilə qazanıb maşın, ev almalarını necə qısqanclıqla qarşılayırdıq? Demək, bu, hər yerdə belədir: Nyu Yorkda da, Amsterdamda da, Moskvada da. Düzən əgər sabit prinsiplər üzərində bərqərar olubsa, bundan qorxmaq lazım deyil. Bunu da avropalıların çoxu elə belə də qəbul edir.

-Bu cür kriminal xronikadan sonra dünyanın inkişaf etmiş ölkələri qapılarını yavaş-yavaş miqrantların üzünə bağlaya bilərlərmi?

-Avropani narahat edən kriminal xronika deyil, dini, daha dəqiq ifadə etsək, islam ekstremizmidir. Avropa kriminal, tutaq ki, oğurluq, quldurluq, seksual zəmindəki cinayətlərə qarşı kifayət qədər yaxşı hazırlıqlıdır. Bir vaxtlar bütün Şengen məkanını qorxu altında saxlayan alban, rumin kriminal dəstələri, qoşunlarla gələn gürcü oğrularını Avropa artıq yenib. Problem zərbənin heç kimin gözləmədiyi tərəfdən, islamlaşma tərəfindən dəyməsi problemidir. Bu məsələdə qoca Avropa dilemma qarşısında qalıb: bir tərəfdə dini etiqad azadlığına nöqtə və vergülünə qədər əməl edilməsi, digər tərəfdən sayı kəskin çoxalan məscidlərin dini nifrət üfürən mərkəzlərə çevrilməsi reallığı. Son illərin hadisələri və aparılan araşdırmalar göstərdi ki, Almaniya, İngiltərə, Fransa kimi ölkələrdə dini etiqadın etiraf edilməsi prinsipindən çoxlu sui-istifadə halları var. Məscidlərin çoxunda gənclərin beyinləri yuyulur, onlara avropalıların kafir obrazı təlqin edilir, bu uşaqlar müxtəlif yollarla radikallaşdırılır. Bir də görürsən bir neçə il əvvəl normal, ağlı başında olan gənc tamam dəyişib, başqa bir adam olub. Halaldan-haramdan, cihaddan, öldürüb baş kəsməkdən danışır. Belə şeyləri isə görməmək mümkün deyil. O üzdən miqrasiya siyasətinin sərtləşdirilməsində bu amilin də “töhfə”sini qeyd edə bilirik.

-Sizcə əgər ortada bu cür neqativ hal varsa, fərdlərə yönəlik cəza tədbirləri daha effektiv deyilmi? Yəni, konkret bu əməli törədənlər cəzalandırılsın, bütün miqrantlara şamil olunmasın...?

- Bu, elə siz dediyiniz kimi də edilir. Avropada "keçini keçi, qoyunu qoyun ayağından asmaq” təcrübəsi çoxdan təsbit olunub. (gülür) İndiyədək heç bir qrup kütləvi olaraq geri qaytarılmayıb.

-Hansı halda oturum almış miqrantın ölkəsinə geri göndərilmə halları baş verir? Təcrübədə bu kimi hallar olubmu, məlumatlısızmı?

-Ancaq insan həyatı, maliyyə və vergi ilə bağlı ağır cinayət əməlləri təsdiq olunduğu halda. Başqa hallar da vardı. Məsələn, təxminən 6-7 il əvvəl İsveçrədə belə bir hadisə olmuşdu. Bir nəfər etnik azlığa mənsub Türkiyə vətəndaşı burda yerli bir xanımla evlənib, əvvəl müvəqqəti, 5 ildən sonra isə daimi oturum alandan sonra - o vaxt qanunla evlilikdə daimi oturum 5 ildən sonra verilirdi – burdakı isveçrəli xanımdan ayrılıb. Xanım öyrənib ki, onunla evli ola-ola adamın Türkiyədə də arvadı və 4 uşağı olub. Sonra o arvadı və uşaqları İsveçrəyə gətirib oturum alıb. Bu işin üstü açılan kimi hamısını ölkədən deportasiya elədilər və az sonra məlum oldu ki, bu adamın bir neçə yaxını da bu yolla oturum alıbmış. Onlar da geri göndərildi. Avropaya gəlib, buranın liberal sosial siyasətindən sui - istifadə edənlərə qarşı da, siyasət kifayət qədər sərtləşib, amma bunun oturumun ləğvinə gətirməsi təcrübəsinə rast gəlməmişəm.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor