RSS
 

Login:
Şifrə:
» » Avropa soruşur: "Haradan gəlirsiniz?"

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Avropa soruşur: "Haradan gəlirsiniz?"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 01:09 | Şərh sayı: (0) | Baxılıb: 337

Avropa soruşur: "Haradan gəlirsiniz?"


Avropa soruşur: "Haradan gəlirsiniz?"


İnsan talelərinin ovulduğu, həyatların əzilərək məhv olunduğu məngənəyə çevrilmiş Yaxın Şərq, terror və hakimiyyətsizlik çarxları arasında məhv olan Şimali Afrikadan Avropaya axışan insan axını zəifləmək bilmir. Bu sel yaxın vaxtlarda tükənənə bənzəmir.
O insanlar, nicatı qaçmaqda, nəyi bahasına olursa-olsun Avropaya çatmaqda görən insanlar, kimlərdir?

Bütün Avropanı bürümüş, sərhədlərdə və metal baryerlər arxasında qalan insan axınını, avtobus və ya qatar gözləyərkən yol kənarları və dəmir yollarında yatmağa məcbur olan, əldən düşmüş minlərlə miqrantın bu vəziyyəti hələ də insana pis təsir edir və bunları düşünməyə vadar edir: bu insanlar nə cür həyatdan qaçıb canlarını qurtarmaq istəyiblər? Avropada onları hansı gələcək gözləyir?
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Antonio Qutyerreş Avropanın miqrantların çatdıqları ilk yerlərdə, yəni Yunanıstan və İtaliyada müvafiq qəbul və yoxlama mərkəzlərinin yaradılması ilə bağlı verdiyi vədləri yerinə yetirə bilməməsindən məyus olmuş şəkildə deyib: "İnsanların sabah hansı sərhədin açıq olacağını bilmədən bu sərhəddən o sərhədə vurnuxması bir tragediyadır. Hər gün Avropaya beş min miqrant gəlir".

Hal-hazırda "Haradan gəlirsiniz?" sualı sərhəd keçidləri boyunca toplaşan çoxlu sayda jurnalist, yardım işçiləri və könüllülər tərəfindən verilən sadə bir sualdır. Ən çox verilən cavab isə hələ də Suriyadır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Aralıq dənizi vasitəsilə Avropaya gələnlər haqqında verdiyi məlumata görə, suriyalılar 54 faiz təşkil edərək birinci yeri tuturlar. 13 faiz təşkil edən əfqanlar isə ikinci yerdə gəlirlər. Komissarlığın göstəricilərinə görə, 2015-ci il üçün dəniz yolu ilə gələnlərin ümumi sayı 499,826, ölən və itkin düşənlərin sayı 2980-dir. Suriya və Əfqanıstandan başqa, Eritreya, İraq, Nigeriya, Pakistan, Somali və Sudandan gələnlər də var. Miqrantların 69 faizi kişi, 18 faizi uşaq, 13 faizi isə qadındır.

Gələn insanların hekayələri də müxtəlifdir. Suriyalılar oradakı həyatlarından danışarkən dörd ildir sürən müharibə nətiscəsində viran olmuş ölkələrini indi də təhsilli orta təbəqənin tərk etdiyini deyirlər. Bu yaxınlarda Xorvatiyanın sərhəddə yerləşən Tovarnik şəhərində dəmiryol stansiyasında bir qrup suriyalı gənclə tanış oldum: Latakiya şəhərindən olan elektrik mühəndisi; müharibənin dağıtdığı Hələb şəhərindən bank işçisi; sürət gəmisi ilə Yunanıstana getmək üçün minlərlə avro pul ödədiyini deyən gənc biznesmen. Onların hamısı yalnız bir neçə gün əvvəl Suriyanı tərk etmişdi.
Onlar sona çatmayan dağıdıcı müharibədən qaçıb canlarını qurtarmağa və öz ölkələrinin onlara vermədiyi gələcəyi qazanmağa qərar vermişdilər.

Dəməşqdə yaşayan qərbli bir yardım işçisi deyir: "Bir çoxları deyirlər ki, əgər gediriksə, Avropanın qapıları açıq ikən getməliyik".

BMT-nin hesablamalarına görə, Aralıq dənizi üzərindən Avropaya keçmək üçün hər həftə Suriyadan Livana beş-yeddi min suriyalı gəlir. Ötən bir neçə həftə ərzində Dəməşqin mərkəzində yerləşən nisbətən varlıların yaşadığı, səfirlik və bəzi məşhur kafelərin yerləşdiyi Mezze bölgəsindən gəldiklərini deyən suriyalılarla görüşdüm. Suriyada müharibənin toxunmadığı ərazi qalmayıb. Ancaq bəziləri tamam dağılıb, bəziləri isə daha az zərər görüb. Qaçqınlar arasında Dəməşq daxilində və ətrafındakı Qudsaya, Yarmuk və Quta bölgələri kimi mühasirəyə alınmış və çətin vəziyyətdə olan, həyatın cəhənnəm əzabı olduğu yerlərdən qaçdıqlarını söyləyənlər də var.
Yunanıstanın şimalında, Keçmiş Yuqoslaviya Makedoniya Respublikasına gedən neytral ərazidə yaşlı bir kişi yorğun baxışlarla paytaxtın cənubunda yerləşən və tamamilə viran olmuş fələstinli qaçqınların düşərgəsindən gəldiyini deyir. Şəxsiyyətini təsdiq etmək üçün cibindən qaçqın vəsiqəsini çıxarır. Belə görünür, onun əlində bu vəsiqədən başqa heç nə qalmayıb.

Arvadını və uşaqlarını özü ilə gətirmək üçün imkanı olmadığını deyən bu yaşlı kişinin yanında uzunboylu, yaxşı geyimli və böyük ailəsi tərəfindən əhatələnmiş bir kişi Suriyanın şimalında yerləşən İdlib şəhərindən gəldiyini deyir. İslamçı qüvvələrin hakimiyyətə gəlmələrindən sonra Suriyada həyatın necə olduğu sualıma isə qeyri-müəyyən cavablar verən həmin şəxsin yerli polislərlə yunan dilində səlis danışdığını eşitdikdən sonra etiraf edir ki, o, Kiprə gəlmək üçün Suriyanı dörd il əvvəl tərk edib. Sərhədi keçmək üçün növbə onun ailəsinə gəldikdə uzunboylu, əlil bir yeniyetmə qızı qaldırıb kürəyində aparmaq üçün əyilir. İkinci bir əlil qız da anasının əlindən tutub qalxır.
Hansı şəraitdə olmalarından asılı olmayaraq, hər bir kəsin Avropada daha yaxşı həyat sürəcəklərinə ümid etmək üçün səbəbi var.

Daha varlı suriyalıların həqiqətən yoxsul, yerindən-yurdundan edilmiş şəxsləri ötüb sıranın önünə keçmək üçün yol tapacaqları ilə bağlı narahatlığımı bildirdikdə yerli BMT rəsmilərindən biri belə cavab verdi: "Zorakılıq hər bir kəsin həyatına öz təsirini göstərib".

"Biz Avropaya getmək üçün pulu və digər vasitələri olmayan ən zəiflərdən bəzilərini götürürük, - ABŞ-ın Əhali, Miqrasiya və Qaçqınlar bürosunun katib müavini Enn Riçard Nyu-Yorkda verdiyi müsahibə zamanı deyib. - Avropaya axın edən insanların əksəriyyəti özləri və uşaqları üçün daha yaxşı həyat qurmaq imkanı axtaran, təhsilli, orta təbəqəyə məxsus insanlardır".

Ancaq onlar eyni zamanda həddən artıq insan ölümünə səbəb olan dəhşətli müharibədən qaçırlar.
Yunanıstan şimalındakı dəmiryolu xətlərində Məzari-Şərifdən gələn bir ailədən bu şəhərin Əfqanıstandakı ən təhlükəsiz yerlərdən biri olub-olmamasını soruşdum. Onlar suala bu təhlükəli səfər zamanı qarşılaşdığım hər əfqan kimi eyni cavabı verdilər. Belə ki, əsas narahatlıq doğuran məsələ qondarma İslam dövlətinin artıq hər yerə əlinin çatması və Taliban üzvlərinin hücumlarının artmasıdır.

Haradan gəldiyini soruşduğum hündür bir afrikalı şəxs "Somali" deyərək onu çəkməməyimi xahiş edir. Elə bir az sonra onun arxasında duran bir nəfər 20 nəfərlik qruplarının Qərbi Afrikada ən stabil ölkələrdən biri hesab edilən Qanadan gəldiyini etiraf edərək deyir: "Marketlərdən birində çıxan yanğına görə az qala həbs ediləcəkdim. Əslində isə bu işdə heç bir günahım yox idi".

Hamının vətənini tərk etmək üçün səbəbi var. Hər bir kəs haradan gəlməsindən asılı olmayaraq, daha yaxşı həyat sürmək üçün şans verilməyə layiq olduğunu düşünür.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Qutyerreş etiraf edir: "Nəzarət altına alına bilməyən bu axın qaçqın olmayan insanlar üçün də imkanlar yaradır. Avropa başa düşməlidir ki, bu insanlar gəlib-çatdıqdan sonra onlara yardım etmək, danışdıqlarının doğruluğunu yoxlamaq, Suriyadan gəldiklərini söyləyənlərin əslində başqa yerdən gəlmədiklərinə əmin olmaq üçün çox iş görməli olacaq".

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor