Xüsusi xidmət orqanları İŞİD-ə döyüşçü yığan gənci axtarır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:19 | Şərh sayı: (0) | Baxılıb: 246
Xüsusi xidmət orqanları İŞİD-ə döyüşçü yığan gənci axtarır
Xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasının tərkibində müxtəlif ölkələrə döyüşçülərin göndərməsində iştirak edən britaniyalı gənci axtarır.
ANS PRESS-in məlumatına görə, ingilis Maykl Sampol islam dinini qəbul etdikdən sonra Pakistana köçüb.
Pakistanda britaniyalı İŞİD terror qruplaşmasının sıralarına qoşulub.Terror qruplaşması tərkibində yüzdən çox döyüşçünün müxtəlif ölkələrə göndərilməsində iştirak edib. Dünyanın bir çox xüsusi xidmət orqanlarının və Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Maykl Sampol 2015-ci il ərzində Rusiyadan 16 döyüşçünün göndərilməsində iştirak edib.
Onlar həmin vaxt üzərlərində 200-dən 500 qrama qədər trotilə malik olub. Sampolun göndərdiyi döyüşçülər arasında Çeçenistan Respublikasının sakini Salomon ləqəbli məşhur döyüşçü də olub.
Maykl Sampolanın əlamətləri Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin bütün bölmələrinə göndərilib. Bununla belə axtarılan ingilis haqqında informasiyalar həddindən artıq azdır. Məlum olan odur ki, vətəndə o, həkim işləyib və sonra İslam dinini qəbul etdikdən sonra köçüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər