İŞİD-in tərkibində döyüşən azərbaycanlıya cəza verildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:09 | Şərh sayı: (0) | Baxılıb: 296
İŞİD-in tərkibində döyüşən azərbaycanlıya cəza verildi
Bakı Apellyasiya Məhkəməsində Ramil Aslanovun CM-nin 12.1,218.2 (cinayətkar birlikdə iştirak etmə), 12.3, 214-3.1 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) və 283-1.3-cü (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Ramil Aslanov 2014-cü ildə qanunsuz yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənib. Təlimlərdən sonra o, silahlı birləşmələrin fəaliyyətlərində iştirak edib.
Ramil Aslanov digər 9 Azərbaycan vətəndaşı ilə birlikdə ötən ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Aslanov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər