500 Qırğızıstan vətəndaşı İŞİD-ə qoşulub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 21:10 | Şərh sayı: (0) | Baxılıb: 299
500 Qırğızıstan vətəndaşı İŞİD-ə qoşulub
Yendira Culdubayeva Avropa və Mərkəzi Asiya ölkələri prokurorlarının terrorizm və ifratçılıq ilə mübarizə mövzusunda keçirilən 17-ci beynəlxalq iclasında deyib: Xüsusi xidmət orqanlarının verdikləri məlumatlara görə, 500 Qırğızıstan vətəndaşı o cümlədən 122 qadın Suriyada İŞİD terrorçularına qoşulub.
O həmçinin deyib: 150-dən çox şəxs terrorçuluq fəaliyyəti ilə bağlı mühakimə edilib və 60-dan çox şəxs də terrorçuluq və ifratçılıq fəaliyyətləri ilə bağlı təqibdədir.
Qırğızıstanın baş prokuroru həmçinin deyib: Hal hazırda ölkə səviyyəsində 2000-ə qədər terrorçu və ifratçı qruplaşma qeydə alınıb və bu rəqəm ümumi əhalisinin sayı 5 milyondan az olan bir ölkə üçün həddən artıq çoxdur.
Qırğızıstan təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çalışır. Bu ölkənin cənub məntəqələri hələ də İŞİD üçün tədarükat məntəqələrindən biri sayılır
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər