İŞİD-in önəmli adamı yaralanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:00 | Şərh sayı: (0) | Baxılıb: 280
İŞİD-in önəmli adamı yaralanıb
İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətində endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəsmi nümayəndəsi hesab edilən komandirlərindən biri yaralanıb. APA-nın məlumatına görə, bu barədə “Röyters”ə İraq hərbçiləri bildiriblər.
“Barvana rayonuna endirilən zərbə nəticəsində İŞİD nümayəndəsi Əbu Məhəmməd əl Adnani adlı terrorçunun yaralanmasına dair məlumatlar təsdiqlənib”, deyə hərbçilərin açıqlamasında qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl bəzi kriminoloq-ekspertlər Parisdəki terror aktlarının təşkilatçısının Abdülhəmid Abaud yox, məhz Əbu Məhəmməd əl Adnaninin olduğunu qeyd ediblər.
“Sunday Times”ın məlumatına görə, ABŞ-ın beynəlxalq terrorçuların siyahısına daxil edilmiş Əbu Məhəmməd əl Adnani azı beş ölkədə - Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Belçikada terror qruplaşmalarının fəaliyyətində görə cavabdehdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər