İnsan başı donor bədəninə köçürüləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 17:09 | Şərh sayı: (0) | Baxılıb: 282
İnsan başı donor bədəninə köçürüləcək
Cərrahlar insan başının donor bədəninə köçürülməsi əməliyyatına hazırlıq işlərini başa çatdırıblar. Heyvanlar üzərində ilkin təcrübə uğurlu hesab olunub.
"Report" xəbər verir ki, bu barədə italiyalı neyrocərrah Serco Kanavero TASS-a bildirib.
Mütəxəssis Rusiyada bu əməliyyatın ABŞ-da olduğu kimi 100 milyon dollara deyil, 20 mln. dollara başa gələ biləcəyinə ümid etdiyini diqqətə çatdırıb. İtaliyalı bu fərqi Rusiyada uyğun tibbi strukturların olması ilə izah edib və onlarla artıq əlaqə qurulduğunu söyləyib. Kanaveronun pasienti olmaq arzusunu isə rusiyalı proqramçı Valeri Spiridonov bəyan edib. O anadangəlmə kürək əzələ artofiyasından əziyyət çəkir. Spiridonov ölüm riskinin olmasına baxmayaraq, əməliyyata razılıq verib.
Başköçürmə əməliyyatının 36 saat çəkəcəyi gözlənilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər