Dollar Rusiyada da sürətlə bahalaşır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 16:17 | Şərh sayı: (0) | Baxılıb: 249
Dollar Rusiyada da sürətlə bahalaşır
Rusiyada ABŞ dollarının birja məzənnəsi 2015-ci il ərzində növbəti, 3-cü dəfə yaxınlaşdığı 72 RUB/USD psixoloji həddi keçərsə, artıq 80 RUB/USD-yə doğru artacaq.
"Report"un analitik qrupu qeyd edir ki, bu ilin yanvarın 26-da və avqustun 24-də dolların birja məzənnəsi 72 RUB/USD-yə qədər artsa da, sonradan enib. Hazırda isə məzənnə artıq 72,2 RUB/USD-yə çatıb və əvvəlki iş günü, dekabrın 25-i ilə müqayisədə 2,8% artıb.
"Rublun bundan sonrakı hədəfi 80 RUB/USD-dir. Xatırladaq ki, 2014-cü il dekabrın 15-də bazarda məzənnə 80 RUB/USD-yə kimi yüksəlib. Unutmayaq ki, rublun zəifləməsi Azərbaycan manatına da mənfi təsirini göstərəcək", - deyə analitiklər qeyd ediblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər