Vüqar Bayramov: "Manat möhkəmlənir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 18:05 | Şərh sayı: (0) | Baxılıb: 313
Vüqar Bayramov: "Manat möhkəmlənir"
Avropa Mərkəzi Bankı qərarını verdi. Bank depozit dərəcəsini neqativ 0,2%-dən neqativ 0,3%-ə endirdi.
Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
"Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi. Sözügedən bankın gözlənilməz qərarı valyuta bazarını, sözün həqiqi mənasında, silkələdi. Belə ki, 1,06 dollara təklif edilən avro artıq 1,093 dollara satılır. Bu cəmi bir gündə avronun 3% bahalaşması deməkdir.
Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən "güc" verəcək.
Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq", - deyə iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, son bir ayda manat dollar qarşısında ilk dəfə olaraq hiss edilən faizlə möhkəmlənib:
"Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilk dəfə olaraq manatı dollara nisbətən hiss edilən fazilə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnəsi siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər