Obama nüvə razılaşması, məhbus mübadiləsi və yeni sanksiyalardan danışıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 10:36 | Şərh sayı: (0) | Baxılıb: 297
Obama nüvə razılaşması, məhbus mübadiləsi və yeni sanksiyalardan danışıb

Hər iki ölkə məhbus mübadiləsini dünən elan edib.
Bundan dərhal sonra Vaşinqton təsdiq edib ki, sanksiyalar nəticəsində İranın dondurulan milyardlarla dolları "İyul - 2015 nüvə sazişi"nin tam tətbiqindən sonra sərbəst buraxılacaq.
"Hazırda İranın hətta bir bomba istehsal etmək üçün belə yetərli materialı yoxdur" - deyə Obama bildirib.
Bax: Barak Obama nüvə razılaşması, məhbus mübadiləsi və yeni sanksiyalardan danışıb
Prezident Obama ABŞ Maliyyə Nazirliyinin bu gün Tehranın ballistik raket proqramı ilə əlaqəsi olan 5 iranlı fərdə və bir neçə şirkətə qarşı yeni sanksiyaların tətbiqini etiraf edib.
"Nüvə razılaşması heç zaman İranla aramızdakı fikir ayrılıqlarının tam aradan qaldırılması anlamı daşımayıb" - deyə prezident bildirib.
"Biz bu sanksiyaların tətbiqini davam etdirəcəyik. Biz bu məsələdə həssasıq" - deyə prezident Barak Obama qətiyyətlə bildirib ("Amerikanın səsi").
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər