Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 19:27 | Şərh sayı: (0) | Baxılıb: 285
Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib.
Nazir Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin formalaşdığını nəzərə çatdırıb.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Çarlz Kapçan ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barəsində məlumat verərək, münaqişənin həlli və regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər